Dünyaya gələn hər bir varlığın xoşbəxt olacağı kimi Hər bir qurulan
ailənin də bir ömür boyu birlikdə olacağını heç kəs sığortalamır. Böyük
ümüdlərlə qurulan ailə adlı hasaradan hər gün müxtəlif səblərdən bir
kərpic düşür.
Heç bir ailə 100% lik xoşbəxt deyil. Kənardan
xoşbəxt, qayğısız görünən, həsədlə baxılan hər bir ailənin içindən onu
məhv edən, sarsıdan kiçicik də olsa mütləq bir problemi vardır.
Kiminə Tanrı övlad bəxş etmir. Dünyanın bütün naz nemətlərinə sahib olan ailə illər boyu övlad həsrəti ilə alışıb yanır.
Kimin
övladı şəhid olur. İllər boyu hər nazına dözərək, əl içində böyüdülən
ailənin yeganə övladı şəhid olur. Vətən yolunda şəhid olub, şəhidlik
zirvəsinə yüksələn bir övlada sahib olmaq nə qədər qürur verici olsa da,
övlad itgisi bu ailəni məhv edir.
...