Гость, спасибо за визит! Сегодня: 01.07.2025, Вт, 13:48   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 5
Гостей: 5
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Декабрь » 13

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

“Qorunan və qorunmayan qadınlar”
08:11
Dərnəgüldə çörək köşkündə satıcı işləyən yaşlı bir kişi mənə başına gəlmiş bir əhvalatı danışdı. Maşın yoluyla üzbəüz yerləşən bu çörək köşkündə gecələr çox vaxt çörək olmur. Yoldan ötən maşınlar köşkün yanından keçəndə siqnal verirlər, bu satıcı köşkün şüşəsindən əlini yellədir, bununla "yox, yox, yoxdu” işarəsi verir. İşıq-qaranlıq haqda fizika qanunlarına uyğun olaraq, içəridən bayır görünmür, yalnız maşınların işıqlarıdır görünən. Aylarla davam edən bu əl yelləmələrinin bir gecəsində yaşlı bir qadınla  cavan oğlu öz maşınlarını dükanın qarşısındakı yolda saxlayıblar, cavan oğlu maşından düşüb ki, çörək köşkünün arxasında sidik ifraz edib maşına qayıtsın. Amma bir az yubanıb. Qadın maşının siqnalını basıb, çörəksatan içəridən əl yellədib: "yox, yoxdu”. Qadın oğlunu bir az da gözləyib, yenə siqnallayıb, çörəkçi yenə əl yellədib: "yoxdu, yoxdu”... Növbəti gecə oğlan ağır-ağır gəlib, çörəksatana "bir dəyqə olar?” deyib onu bayıra çıxarıb, başını aşağı salıb, siqaret çıxararaq alışdırıb, dərindən sümürüb, uzun sükutdan sonra başını qaldıraraq tüstünü havaya buraxıb və deyib: "Sən mənim anama sataşmısan”.

Çörəkçi cavab verib:

-  Anan kimdi?

-  Özünü bilməməzliyə vurma. Gecə burda ona əl eləmisən! Özü də neçə dəfə! Yekə kişisən!..

Kişi and içib ki, vallah, içəridən bayır görünmür, təkcə maşınların işıqları görünür, heç bilmirəm siqnallayan kimdi, kim siqnallasa, əl yellədirəm. Bütün məhəllə belə soruşur çörəyi məndən, belə cavab alır. Oğlan inanmayıb. Deyib, gərək gəlim özüm baxım. Girib çörək dükanının içinə, baxıb ordan, görüb ki, həqiqətən də bayırda işıqlardan başqa heç nə görünmür. Axırdan inanmalı olub, çıxıb gedib.

Bir dəqiqəlik sükut olur, nədən bir dəqiqəlik təbəssüm olmur?! Yazının bu yerində bir dəqiqəlik təbəssüm elan edirəm. Və keçirəm başqa bir yaşlı qadına.

Bu qadının övladları evlənərək xaricə köçüblər. Qadın tək yaşayır və hər il özünə, tanışlarına deyir: bu yaz, bu yay səhər gedəcəyəm bulvara, bir də axşam gələcəyəm. Gəzəcəyəm dəniz havasında özümçün. Yaxınlıqda yaşayan özüm kimi yaşlı tənha qocalar tapacam bulvarda, keçmiş aktyorlar, təqaüddə olan rejissorlar... Söhbət eləyəcəm onlarla ordan-burdan... Bəlkə ürəyində onlardan birinə ərə də gedəcəyini düşünür, bunu bilmirəm. Qış uzunu özü üçün yaz axşamlarında bulvarda çiyninə atmağa jaketlər toxuyur, qışın sonları mağazalara çıxıb ucuzvari təzə paltarlar, rəngbərəng çantalar alır, hər rəng paltarına uyğun... Deyir, daha bu il o mədəni qocalara qoşulacam, onlar kimi xoşbəxt firavan, oturacam skamyalarda, dənizə baxacam... Gənc qız özü istəsə, ən pinti, ən baxımsız halını da bircə əlbisəylə, bircə pomadayla yarım saata dəyişib gözəgəlimli bir qıza çevrilə bilər. Bu qadının da yadında o vaxtları qalıb, üzündəki qırışları əhəmiyyətsiz sayır, inanır ki, istədiyi an gedib o qırışları açdıra bilər, bir də bu rəngli paltarları geyindi, ayağına kabluklu ayaqqabı keçirdimi, bir anın içində qəşəng bir qadına çevriləcək... Hər yaz, hər yay da cürbəcür işlər çıxır, gəzinti gələn yaza qalır. Qırışlar çoxalır, artıq altmış yaşlı  bu qadını yaddaşında və fotolarında qalmış əvvəlki qadına sadəcə bəzənməklə çevirmək getdikcə çətinləşir, mümkünsüz olur... Hər payızın sonunda – bulvar mövsümü bitəndə keçən qışda aldığı çantaları, keçən qışda toxuduğu jaketləri rəfiqələrinə satır... Gələn yaz hər şeyin tamam başqa cür olacağına sarsılmaz inamla yeni jaketlər toxumağa, dükanlardakı yeni çantalara və ağarmış saçlarını boyamaq üçün saç boyalarına, yeni saç sancaqlarına baxmağa başlayır...

Bu iki qadını düşündükcə yadıma yazıçı Fəriba Vəfi düşür. Onun qadınların həyatı haqda hekayələri.

Qadınlar iki qrupdur: qorunan qadınlar, qorunmayan qadınlar. Birinci qrupu maşınla o yan-bu yana aparırlar. Vaxtlı-vaxtında gözəllik salonundan, hovuzdan, məktəbdən, iş yerindən, evindən götürürlər. Telefonla halını soruşurlar. Birdən başı ağrısa, "bir az istirahət etmən gərəkmirmi?" deyən biri var.

İkinci qrupun qadınları yeldə, yağışda və küləkdə saatlarca avtobus növbəsində dururlar və dəfələrcə avtobusun gələcəyi yerə baxmayacaqlarını desələr də, boyunları istər-istəməz bir daha və bir daha o yönə çevrilir. Gecəyə qədər işləyir, o yan-bu yana qaçırlar, gecə "əzizim, ağrıkəsici istəyirsənmi?" deyən biri yoxdur. Birinci qrupun qadınlarının səsi yumşaqdır və telefonla danışarkən gerçək yaşlarını bilmək çətindir. İkinci qrupun qadınları kobud və acıdırlar. Dişləri tez çürüyür. Hər an saç boyasının bahalığından şikayətçidirlər.

Qorunan qadın yerli-yersiz kilosunu ölçür. O, şişmiş qarnından narahatdır. İdman salonlarına, saunaya gedir… Gecə yeməyi yemir və bunu böyük bir ləzzətlə hər yerdə danışır. Dostlarının arasında çeşidli arıqlama dieti üsullarını paylaşırlar və onlardan birinin bişirdiyi tortu zövqlə yeyirlər. İdman müəllimləri onlara məşqi evdə də davam etmələrini məsləhət görür. Onlar ərlərindən, idman etməyəndə onları cəzalandırmalarını istəyirlər.

Maqnitafona bir disk salırlar. Dar bir paltar geyirlər və evin balkonunda ipatdı oynayırlar. Qarnın içəri getməsi ancaq şanslılara üz verən bir möcüzədir. Şanslı qadın sirrini açıqlayır:
"Səhər yeməyindən öncə yerimək."


Onlar bir-birilə qərarlaşırlar və səhər yuxulu gözlərlə evlərinə ən yaxın parka gedirlər. Dönüşdə doyur qarına bir yemək yeyirlər. Sonra da bir-birlərinə gecələri yemək yerinə salat yeməyi məsləhət görürlər.

İkinci qrupun qadınları nə sauna tanıyırlar, nə də hovuz. Yavaş-yavaş boş məmələr və asılmış qarınlarına zərərsiz bir ev pişiyi kimi alışırlar. Saç ustası qorunan qadınları ilk baxışda tanıyır. O, pulu səxavətlə xərcləyir və gizli bir anlaşmada gözəllik ustalarından zamanın əsərlərini üzündən yox etməsini istəyir. Özünü acı bir ləzzətlə saç ustasının əllərinə tapşırır və təzə görünüşünün intizarını çəkir. Qorunmayan qadın min bir dillə saç ustasından onu kişisinin istədiyi şəklə salmasını istəyir. Saçlarını boyayır, amma qısaltmır. Bir az qürur və utancla ərinin uzun saçdan xoşu gəldiyini söyləyir. Evliliklərindən bir neçə il sonra özlərinin sandıqları bir cəsarətlə saçlarını alman modelləri kimi qısaldırlar.


Bir qadının əllərindən onun hansı qrupa aid olduğunu bilmək olar. Qorunmayan qadının əlində göy rəngli, qabarmış damarlar var və sümükləri görünür. Barmaqlarının təklikdə hərəkəti yoxdur. Əlinin hər tərəfi eyni anda beyindən əmr alır. Amma qorunan qadınların incə barmaqları var. Yumşaq və qıvraqdırlar. Qorunmayan qadının əlləri itaət edərcəsinə bədəninin kənarından sallanıb və hərdən yuxarı qalxmaq istədikdə sinəsindən yuxarı qalxmır. Qorunan qadınlar ağır yerişlidirlər. Amma qorunmayan qadınlar ya çox yavaş, ya da çox sürətlə yeriyirlər. Ya belləri əyilib, ya da başları bədənlərinə uyumsuz bir yüksəklikdə yer alır. Onların yerişlərinin tamaşaçısı yoxdur. Onlar kişilərin söz atmalarından ləzzət almırlar. Və diqqətlə, mehribanlıqla, eşqlə dolu baxışların onlara baxmayacağından əmindirlər.


Qorunmayan qadın ya deyinir, ya gözünü bir yerə zilləyib baxır, ya da gicəllənir. Gah qarınqulu olur, gah da özünü belə, təngə gətirəcək qədər xəsislik edir. Qorunan qadın qonaqlıq qurur, xarici səfərlərindən danışır, orta yaşlarını keçsə də, sürətli rəqs də edə bilir. Dostları onu tərifləyirlər və bu qədər cavan qaldığına təəccüblənirlər.

Qorunmayan qadın rəqs etmir. Dırnaqlarını uzatmır. Dar bir köynəyi var. O, qızına baxır. Bu köynəyi qızının əyninə kəsə biləcəkmi?


Qorunan qadın kişini tanıyır. Ondan nə zaman və necə pul istəyəcəyini bilir. Bir ovçu kimi kişinin zəif yerlərinin pusqusunda yatır və ondan yararlanır.

Qorunmayan qadın özünü də tanımır; hər zaman "niyə o və kişisi heç nəyi eyni anda istəmirlər” deyə, çaşıb qalır. Qorunmayan qadın günah və vicdan əzabını doğulmamış əkizlər kimi özüylə daşıyır. O, ərindən nigarandır, qorunan qadın isə özündən. Hər dəfə chek-up etdirir, qan analizinə gedir; sağlamdır, ancaq enerjisi azalıb. Xəstəlik və yaşlılıq onu min əjdahadan daha çox qorxudur. Amma qorunmayan qadın zamanın keçdiyini hiss etmir. Birinci günə ikinci gün deyir, üçüncü günə dördüncü gün. Ərinin üzündəki ağ tükləri görür və sabahı düşünür. Qorunmayan qadın ağlayır. Göz yaşları bitəcək qədər ağlayır. Qorunan qadın ağlamaq və hüznün yarı yolundan həyata qayıdır.

Категория: Репортаж | Просмотров: 293 | Добавил: Aida | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2025
Форма входа
Календарь
«  Декабрь 2010  »
Пн Вт Ср Чт Пт Сб Вс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Наш опрос
Где и как по вашему лучше ? :)
Всего ответов: 62
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100