Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 09:28   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 16
Гостей: 16
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Декабрь » 12

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Buyurun, əyləşin
08:09
Işdən yorğun qayıdıram, evə gedirəm. Avtobusda əyləşmək üstündə mübarizə gedir. Gənclər arxa və kənarlardakı oturacaqlarda otururlar. Özlərini yuxululuğa vururlar, yaşlılar və qadınlar avtobusa daxil olanda "uf” deyən sifətlə qalxıb yer verirlər. Yer verməyənlər isə hərəkətsiz susurlar. Yaşlılar və qadınlar ayaq üstə qalanda insana "DUR!” deyən nəzərlərlə baxırlar. Mən yorğunam, ağır iş günümü tamamlayıb evə gedirəm , yolum da uzaqdır. "Durmuram”  ifadəsi mənim də gözümdə var. Burda nəzərlər müharibəsi gedir, heç kim öz "taxt- tacını” əldən vermək istəmir, burda başqa vaxt oturmaq belə istəmədiyimiz köhnə, sınıq, əldən düşmüş oturacaqlar insanların ən dəyərli mülkünə çevrilir. Heç kim bir neçə dəqiqəlik mülkiyyətini paylaşmaq istəmir. Paylaşmaq istəməyənlər hədəfə çevrilir. İki cəbhə yaranır - "Durmuram!” və "Dur!” deyənlər. Bəziləri isə əllərdəki çantaları alaraq nifrəti azaltmağa çalışırlar. Bunlar  əslində neytral görünmək istəyənlərdir. Bu hər gün təkrarlanır. Bəlkə də avtobusların Azərbaycana ilk gəldiyi gündən bu müharibənin təməli qoyulub.  Bilmirəm... Bircə onu bilirəm ki, çox yorğunam, ayağa qalxıb yerimi kiməsə hədiyyə etməyə niyyətim də yoxdur.

Bu fikirlərimin müşayiətində avtobusa yaşlı bir qadın daxil olur. Qadının üzündən yorğunluq "yağışı” yağır. Sanki çiyinlərində dünyanın yükü var. Üzündəki hər qırış mənimlə danışmağa, dərdlərini anlatmağa çalışır. Qulağımdakı musiqini də eşitmirəm. Fikrim onun ağarmış saçlarına yönəlir. Məni, yorğun beynimi, fikirlərimi özünə doğru yönəldə bilir. O sussa da, mən onu eşidirəm. Yorğunluğu gözlərindən oxunur. Mənim yorğunluğum bir günün, hətta bir neçə saatın yorğunluğudur. Amma onun yorğunluğu illərin yorğunluğudur.

Ona baxanda bu gün məni atıb gedən sevgilimi xatırlayıram. Qadın sanki  ona bənzəyir, qadının qara geyimi, məni tərk edən qızın paltarlarına bənzəyir. O qız ki, mənim beynimin hər küncünü, vaxtımın hər saniyəsini məşğul edib. O qız ki, hər baxdığım qadın onu, gülüşünü, danışığını, baxışını xatırladır.

Qadın sanki susaraq ağlayır. "Övladım, çox yorğunam” - deyir. Saniyələr keçdikcə özümü daha da yorğun hiss edirəm. Bəlkə də ona görə ki, yerimdən qalxmamaq üçün "yorğunsan” deyib özüm-özümü aldadıram. Bu, mənim yorğunluğumu artırır. Qadına baxmaq istəyirəm, amma baxışlarımı gizlətməyə çalışıram. Gözlərimi qaçırsam da baxmaya bilmirəm. Indi də qadına baxdıqca özümə oxşatmağa başlayıram; mən də yorğunam, o da, mən də təkəm, o da, mən də oturmaq istəyirəm, o da...

Qəflətən baxışlarımız rastlaşır, çox gözəl gözləri olduğunu görürəm. Qadının üzündəki qırışları, yorğunluğu, gözləri, saçları mənimlə danışıb öz çətin həyatını, əzablarını, iztirablarını və çətinliklərini göstərməyə çalışır. Birdən niyəsə mənə elə gəlir ki, qadın qışqırmaq istəyir. Qulaqlarını tutub qışqırmaq, çətinliklərini qışqıraraq ifadə etmək, ətrafdakıların daxilində çəkdiyi əziyyətləri bilməyini istəyir, danışmaq istəyir çətin həyatından, arzu olaraq qalan arzularından, hər gün basdırdığı ümidlərindən, içində boğduğu istəklərindən...

Bəlkə də mənə elə gəlir, qadını özümə oxşatdığım üçün belə düşünürəm. Çünki özüm qışqırmaq istəyirəm. Ucadan, lap ucadan "getmə, ayrılma məndən” deyə səs salmaq istəyirəm aləmə. "Sənə ehtiyacım var” deyib konfetini itirmiş körpə kimi hönkürtü ilə ağlamaq istəyirəm. Amma səsim çıxmır.

Birdən özümdən asılı olmadan ayağa qalxıb yüksək səslə - "buyurun, xanım, əyləşin” – deyirəm. Amma ətrafda ayaqüstə dayanan xanım yoxdur. Baxışlarımı özünə cəlb edən xanım mən fikirlərimlə mübarizə apardığım zaman avtobusdan enib, bəlkə də çoxdan evinə çatıb. Kim bilir, bəlkə də mən onu düşünəndə, ona yer vermədiyim üçün vicdan əzabı çəkəndə o, məni və mənə hörmət dərsi keçənləri ürəyində yüz dəfə məzəmmət də edib. Amma mən... deyəsən, mən də çatmışam, avtobusdan düşmək lazımdır...

Категория: Репортаж | Просмотров: 220 | Добавил: Aida | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
«  Декабрь 2010  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Наш опрос
В какой школе вы учитесь (учились) ?
Всего ответов: 884
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100