Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 06:42   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 5
Гостей: 5
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Ноябрь » 2

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Qadın və qızıl
06:26
Məhşur türk müğənnisi Kıracın sevdiyim mahnılarından birində belə deyilir: "Anamdan qalan üzüyə Razısan, gəl mənimlə...” Azərbaycanda bu təklifə razı olan qız tapmaq subay kişilər üçün ən böyük müşgülə dönüb. Ərə gedən qızların bir-biri ilə girdikləri yarışa baxın. "Ən son dəbli qır-qızılı görün kimə gətirdilər? Mənə! Ay probu bu. Ay, nə bilim, forması filandan”. İlk baxışdan gülməli görünür, eləmi? Amma sizi inandırım ki, hətta iki-üç diplomu olan, ali təhsilin iki-üç pilləsini aşan qızların da əksəriyyəti bu axmaq rəqabətlə yaşayırlar.

Toydan sonra bədbəxt kişilərin bu qızıl hərislərindən canları qurtarsaydı, nə vardı ki? Sonra belə şikayətlər gəlir: "Bu üzük lap nuh əyyamından qalıb. İndi beləsini heç kim taxmır. Univermağa filan –filan qızıllar gəlib. Filankəsin arvadı onlardan taxır. Keçən gecə filankəsin toyunda gördüm. Mənə də necə yanmışlıq verirdi ölmüş?! ” Azərbaycanlı, qızı beşikdə olanda onun qulağına pıçıldayır ki, böyüyəcəksən, nişanlanacaqsan, nişanlın sənə çoxlu qızıl gətirəcək. Bax ha, çalış tez böyü!

Çəpər diblərində, yol kənarlarında azərbaycanlının gözü  daim qızıl axtarır. Ay, birdən taparam. Qızılla bağlı çoxlu nağıllarımız var. Nağıl qəhrəmanı bir gecə yatıb yuxuda görür ki, həyəti qazır, yerdən qızıl dolu küp tapır. Səhər durub doğrudan da həyəti ələk-vələk eləyir, guya küpü tapır da, birdən-birdən varlanır. Bizim folklorumuz  doludur qızıla həris əhvalatlarla. Gah hansısa əşya qəfildən qızıla çevrilir. Gah hardansa bir ilan peyda olub nağıl qəhrəmanına qızıl daşıyır. "Kasıb itinin adını qızıl qoyar ”, "Qız qızıla dönüb...”  kimi atalar sözlərimiz doludur.  Və s. və ilaxır.

Bir müddət əvvəl ərimin yaxın qohumlarından birinin evində toy vardı. Geyinib əvvəlcə qaynanamgilə gedəsi oldum. Ordan onlarla birgə gedəcəkdim toy evinə. Sadə, paltarımın rənginə uyğun bijüteriyalar taxmışdım. Qaynanam dəhşətlə az qala qışqırdı: "Ay qız bu nə zir-zibildi, doldurubsan boynuna-boğazına. Məni biabır eləmək istəyirsən? Çıxart onları” . Qaynanamı güclə sakitləşdirib başa saldım ki, indi belə şeyləri taxmaq normaldı. Guya ki, əslində bütün şəhər daha toylarda da bunlardan taxır, onun xəbəri yoxdur. Gözləmədiyim halda qaynım  söhbətə qarışdı: "Sevinc, sən onları taxıb o toya getsən, onda gərək mən utandığımdan ora ayaq basmayam”.

Həmişə gülə-gülə deyirəm ki, nə vaxtsa Allah eləməmiş kimi hər hansı şadlıq evinə oğrular basqın eləsələr, qadınların üstündən on-on beş kiloqram qızıl yığıb çıxarlar. Daha nə bank, nə qızıl mağazası yarmağa ehtiyac olmaz. Amma  qulaqlarınızı çəkin ki, belə şey sizin başınıza gəlməsin. İraq olsun, Bağdad olsun... amma sizdən uzaq olsun. Toyda üstünə qızıl taxmamış qadın haqqında pıçıldaşırlar: "Görəsən, yazığın başına nə gəlib? Ya əri türmədədir, ya da borca düşüb. Boynu-boğazı lüm-lütdür”.

Azərbaycanlı tez-tez bu ifadəni işlədir: "Qızıl sərvətdir”. Ancaq nədənsə heç düşünmür ki, axı, bu sərvətin alış qiyməti ilə satış qiyməti fərqlidir. Dünən 1000 manata aldığın üzüyü bu gün 500 manata güclə satırsan. Azərbaycanlıda banklara pul yatırmaq anlayışı yoxdu. O, banklardansa öz yastığının altına etibar eləyir. Onun xəyalında da  nağıllardakı kimi daim yastığının altındakı qızılları qoruyan bir ilan var.

Azərbaycan qadınının qızıla, parlaq daş-qaşlara hədsiz marağı folklorumuzdan  qaynaqlanır. O xoşlayır ki, Göyçək Fatma kimi geyindiyi paltarın üstündə yarım kiloqram parıldayan, gözqamaşdıran daş olsun. Hətta ayaqqabılarının da üstündə daş-qaş olmasını arzulayır. Bir dəfə türk kanallarından birində Türkiyədə məhşur müğənni kimi tanınan Azəri qızı Günelin qarderobunu göstərdilər. Bütün paltarları, əl çantaları, ayaqqabıları parlaq daş-qaşlarla süslənmişdi. Hətta evindəki əşyalar, mikrofonu   da par-par yanan qaşlarla bəzənmişdi. Hər şey sayrışırdı, göz qamaşdırırdı. Məxsusi fikir verdim ki, təkcə və təkcə Azəri qızı Günel bu cür manyakcasına daş-qaş həvəskarıdır. Digər türk qadın müğənnilərinin heç birinin qarderobunda belə şeylər tapmazsan. Əksinə çox sadə, rəngarəng paltarlara, aksesuarlara üstünlük verirlər. Vallah, utandım. Ürəyimdə dedim ki, Allah bilir, türklər də indi mən düşündüyümü düşünürlər: "Bu azərilər necə də görməmişcəsinə daş-qaş həvəsindədirlər?!” deyə.

Bəlkə də dünyanın heç bir yerində heç kimin ağlına gəlmir ki, gül kimi, ağappaq, sağlam dişlərini yondursun, yerinə qızıl diş saldırsın. Sonra da hır-hır hırıldayıb dişlərini reklam elətdirsin, öyünsün ki, mənim ağzımın qızıl dişi filankəsinkindən çoxdur. Bu yaxınlarda qohumlarımdan bir qadın rəhmətə getmişdi. Qızı dava salmışdı ki, xəstəxanada tibb işçiləri qadının tamam qızıldan olan protez dişlərini oğurlayıblar. Ölü qalmışdı bir yanda, hamı ölünün itən  protez dişlərinin hayında idi. Komediya!

İncəsənət universitetində bizimlə istedadlı, qəşəng bir qız oxuyurdu. Televiziyaya böyük marağı vardı. Ən böyük arzusu teleaparıcı olmaq idi. Neçə dəfə sınaqlara getmiş, hamısından da əla çıxmışdı. Amma heç bir telekanal onu işə götürməmişdi ki, qabaq dişlərinin hamısı qızıldı, efirdə pis görünəcək, hətta kamera üçün problem yaradacaq. Qız ailəsi ilə mübarizə aparırdı ki, onun qızıl dişlərini çıxartsınlar, yeniləsinlər, o, daha onları istəmir, ağappaq dişlərini qaytarmaq istəyir. Ailəsi isə heç vəchlə razı olmurdu ki, bu dişləri sənə rəhmətlik nənən bağışlayıb, ondan yadigardı. Onları söküb atsan, onun ruhunu incidərsən, filan.

Dişlərini təzə-təzə "siçan aparmağa başlamış” qızım belə  sual verir: "Ana, mənim təzə dişlərim də nənəminkilər kimi qızıl olacaq?” "Qızıl göz qaytarır” ifadəsi də çox yayğındır xalq arasında. Hələ beşikdəcə uşağın bələyinə qızıl əşya taxırlar ki, ona dəyən bədnəzərləri qaytarsın.

Nə isə... Mənim əziz oxucum, yəqin sənə də əyan oldu ki, Azərbaycan qadını niyə qızıla hərisdir. Kıracın mahnısındakı "anamdan qalan üzüyə, razısan, gəl mənimlə” sözlərini niyə eyninə almır. Çünki hələ beşikdəcə nənəsi, anası onu əzizləyib deyir: "Balama qızıllar, brilyantlar gətirəcəklər ”.

Категория: Репортаж | Просмотров: 214 | Добавил: Natali | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
Архив записей
Наш опрос
Где и как по вашему лучше ? :)
Всего ответов: 62
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100