Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 07:02   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Ноябрь » 19

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Qadın - məişət hökmdarıdı
19:36
Hələ min doqquz yüz doxsan səkkizinci ildə, «Cahan» jurnalının saylarından birini açanda tanış olmuşdum Həmid Herisçi ilə. Daha doğrusu, Azərbaycanda əsl ədəbiyyatın, poeziyanın nə olduğunu mənə göstərən şeirləri ilə. O gün mən ilk dəfə ciddi Azərbaycan ədəbiyyatı ilə tanış olmuşdum. Sonralar yazıçı, şair Həmid Herisçi ilə tanış, lap sonralar isə dost olduq. Amma mən ilk dəfə «Cahan» jurnalını açanda oxuduğum şeirlərin məsuliyyətini unutmadım. Və bu məsuliyyət həmişə məni məcbur elədi ki, nə qədər dost münasibətində olsaq da, yoldaş Həmidlə danışanda özümü əməlli-başlı yığışdırım.

Amma oxucuların arasında Həmidi hələ də tanımayan varsa, onda qonağımı çətin də olsa, qısaca tanış eləyim: yazıçı Həmid Herisçi. Təbriz inqilabçısı Qafar Kəndlinin oğlu. Əqidəcə sosialist, mahiyyətcə əsl şair, mübahisəli teleaparıcı. Azad Yazarlar Ocağını yaradan dörd nəfərdən biri. Uzun illər Azərbaycan televiziyasında çalışsa da, onun sifətini daha çox həyat yoldaşı, məşhur telejurnalist  İlhamiyyə Rzayeva ilə birlikdə apardığı «Gecə kanalı» və təzəlikcə istefa verdiyi «Yüzüncü baxış» verilişlərindən tanıyırlar.

Məişətə, mətbəxə, fəlsəfədən, ədəbiyyatdan, irfandan uzaq olan insanlara üstən aşağı baxır. Danışdıqca saçlarını barmaqları ilə alnından geri darayır. «Mənə heç nə mane olmur, gözümə düşən saçımdan başqa…» - bu, onun şeirindəndir. Bir neçə romanı və İbrahim adlı bir oğlu var. Və qonağım barədə sonuncu məlumat – Həmid bu günlərdə artıq bir aya yaxındır ki, səfərdə olduğu ata vətənindən, yəni Təbrizdən qayıdıb.

Həmid «Nahar fasiləsi» təklifimi tez qəbul elədi. Hava olduqca küləkli, yay olduğuna baxmayaraq soyuq olsa da, telefonla danışandan iki saat sonra vədələşdiymiz yerə gəldi. Salamlaşandan həmən sonra Bakının mərkəzindən zəhləsi getdiyini dedi və şəhərin dırnaqları arasında çirk kimi qalmış köhnə küçələrə doğru addımlamağı təklif elədi. Havanın soyuq, əynimin nazik olduğuna baxmayaraq, razılaşdım və elə onca addım atmamış Həmid də anladı ki, belə alınmayacaq.

Qarşıda dayanan məsələ nahar üçün restoran seçmək idi ki, bu işdə də Həmid uzun-uzadı inad elədi. Mənim təklif elədiyim restoranlara etiraz edərək, öz şərtlərini irəli sürdü: adamların sıx olduğu, menyunun zəngin olmadığı, interyeri göz oxşamayan yerlərdə nahar etmək istəmir. "Sən gərək mənim şıltaqlıqlarıma dözəsən. Bunlar yazıçı şıltaqlıqlarıdı axı…”

Nə etmək olar? Etiraz eləmədim və vaxtımızın düz bir saatı şəhərin mərkəzində Həmidə xoş, uyğun gələ biləcək bir restoran axtarışı ilə keçdi. Bu bir saat ərzində Həmid Təbriz macəralarını uzun-uzun anlatdı. «Macəra» deyəndə, ağlınıza başqa bir şey gəlməsin, bu macəralar ancaq və ancaq ədəbiyyatla, irfanla, hiyləgər, itoynadan və bir az da xəsis təbrizlilərlə bağlı idi.

Bir saatdan sonra axır ki, Həmid «Firuzə» restoranının qarşısında «ağ bayraq» qaldırdı.

İçəri keçdik. İnzibatçı məni sifətdən tanıdığı üçün halımı soruşub, yazıçı ilə bizə ən sakit, gözdən-qulaqdan uzaq bir yer təklif elədi. Əyləşdik və sonradan ofisiant sualları ilə iki yazıçının söhbətini pozmasın deyə, sifarişlərimizi verdik. Soyuq qəlyanaltını qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra mən spagettili, parmizanlı ət sifariş verdim. Həmid məndən nə məsləhət gördüyümü soruşsa da, təbii ki, yenə öz bildiyini elədi: «monastırsayağı ət» istədi: "«Monastırsayağı» sözündə bir mistika, gizlilik var. Yəni qapalı yerdə, gizli üsulla hazırlanmış bir şey. Yazıçının da öz «monastır»ı var. Yazı yazanda mətnin üzərində apardığı gizli ayinləri var. Yəni yazıçı da bir növ rahibdir. Amma rahibdən fərqli olaraq, yazıçı tez-tez öz «monastır»ından çıxmalı olur…”

Həmid ofisiantın təəccüblü baxışları altında seçiminin fəlsəfəsini izah edib, bitirəndən sonra, içki qismində kompot istədik – biz ikimiz də Sovet nostaljisi ilə yaşayan adamlarıq və razılaşdıq ki, kompot adama Sovet dövrünü xatırladır. Həmidə qadınlar, nə də başqa bir şey barədə sual verməyə elə də ehtiyac olmadı. Ofisiant uzaqlaşan kimi, qadın mövzusunu özü açdı:

- Qadın olan yerdə hər şey başqa cür olur. Elə restoranda da. Təbii ki, restorana qadınla gəlmisənsə, artıq çəngəl də başqa cür tutulur, qədəhi də başqa cür cingildədirsən, söhbətin mövzusu da tamam başqa olur. Amma mənim heyfsiləndiyim bir şey var ki, bizim kişilər, xüsusilə də yazıçılar qadınla restoran, süfrə hekayətləri sarıdan kasaddılar. Elə ikimizin də tanıdığı gənc yazıçılar, ziyalıların belə, qadınla restoranda söhbət eləmək mədəniyyəti yoxdur. Hara gedirsən, kişi məclisləri, kişi söhbətləri. Buna görə də, yaxşı ədəbiyyat yarada bilmirlər. Qadını nə sevə bilirlər, nə onu ədəbiyyata gətirməyi bacarırlar. Nə sevgi şeiri yaza bilirlər, nə sevgi romanı… Bax, elə sən özün də, kişi dostlarından hansıyla söhbət eləmək istəsən, onların kişi məclislərində oturmalı olursan - yazıçı dostların səni təkbətək harasa dəvət eləmirlər.

- Yox, niyə ki? Məsələn, Aqşinlə tez-tez təkbətək otururuq…

- Elə ona görə də, onun ədəbiyyatı hamısından maraqlıdır.

- Mənim qadınla ciddi mənada ilk tanışlığım Rusiyada baş verdi. İlk sevgililərim, ünsiyyətdə olduğum, dostluq elədiyim qadınlar çox maraqlı qadınlar idi. Romantik, mübariz, savadlı, macəra yaşamağı sevən xanımlar. Adətən, onlar siyasi mühacir ailələrindən çıxmış qızlar olurdu. Mən sevginin arxasınca, az qala bütün Rusiyanı gəzmişəm. Ədəbiyyat İnstitutunu bitirib, Azərbaycana qayıdandan sonra mən uzun müddət çaşbaş qaldım. Öyrəşdiyim, sevə bildiyim, ünsiyyət qura bildiyim qadın modelini burda uzun müddət tapa bilmədim. Heç sonralar da…Açığı, mən həyat yoldaşım İlhamiyyədən başqa heç bir azərbaycanlı qadını sevməmişəm. Azərbaycanda sevə bildiyim qadın təkcə İlhamiyyə xanım oldu. Elə onunla da evləndim.

- Bizim qadınların nəyi xoşunuza gəlmir ki?

- Deməzdim ki, xoşum gəlmir. Sadəcə, artıq başqa ruhda, başqa xarakterdə olan qadınlara öyrəşmişdim. Rusiyada qadının möhtəşəm, hökmran olmağı adi haldı. Çünki Rusiya Yekatirinanın dövründə uzun illər qadın hakimiyyəti dövrünü yaşayıb. Peterburq hələ də Yekatirianın dövründə qənimət götürülmüş türk topları ilə doludu. Amma Azərbaycanda qadın daha çox evdar «hökmdar»dı, «məişət hökmdarı»dı. Azərbaycanda gördüm ki, qadınlar daha macərapərəstləri, qəhrəmanları, inqilabçıları sevmirlər, belələri onlara maraqlı deyil. Və mən bu cür qadınla doğmalaşa bilmirəm…

- Təbrizdən yeni qayıtmısan. Bilirəm ki,Təbriz sənin həmişə can atdığın, nələrsə axtardığın, nələrinəsə inandığın şəhərdi. Təbriz qadınını sevə bildin?

- Yox. Təbrizdə sevgi yaşamadım. İstəyərdim, amma olmadı. Mən Təbrizdə bütün kişilərin qadından qorxduğunu, çəkindiyini gördüm. Və Təbriz qadını ilə sevgi yaşamağa sən deyən can atmadım…

Bu arada yeməyi gətirdilər. Və Həmid heç də bayaq dediyi kimi, «çəngəli başqa cür tutmaq», «qədəhi başqa cür cingildətmək» qaydalarına əməl-zad eləmədi. Elə mənim həmişə kişi məclislərində gördüyüm, coşduqca danışan, danışdıqca coşan, coşduqca da, süfrəni, süfrə yoldaşını, nə yeyib-içdiyinin fərqində olmayan Həmid Herisçi idi. Söhbətimiz isə artıq məcrasını dəyişərək, kənd qadınlarına gəlib-çıxmışdı:

- Azərbaycanda kənd qadını öz mistikliyi, gizli cadugərliyi, ayinləri ilə şəhər qadınından qat-qat maraqlıdır. Elə buna görə də, bizim ədəbiyyatda məsələn, «kənd erotikası» deyilən bir şey var, amma «şəhər erotikası» yoxdu. «Dəli Kür» romanında Cahandarın Şahnigarı axtaranda gəlib-çıxdığı məclisi, oradakı qadınları, rəqsləri yadınıza salın. Elə bir məclisi şəhərdə təsəvvür edə bilərsən? Ya Cahandarın Mələyi qaçırdığı çay kənarı səhnəsini…Qadın saçlarını başında düyünləməklə, baldırlarını açıb, çaya girməklə əslində ovsun oxuyur, qədim və gizli bir ayini yerinə yetirir. Əslində, «Dəli Kür»də Mələk Cahandarı qaçırır, Cahandar Mələyi yox…şəhərdə baş verə bilər belə bir şey? Varmı şəhərdə belə erotika?

- Yox, şəhərdə ya porno var, ya da heç nə yoxdu…

- Bunu yaxşı dedin, yazıda mütləq qeyd eləyərsən.

Söhbətimiz yenə istiqamətini dəyişir, indi Həmid ölkədəki qadın-kişi cütlüklərindən təəssüf hissi ilə danışır:

- Heyf ki, mən ölkədə İlhamiyyə xanımla özümdən başqa ictimailəşmiş, siyasiləşmiş, deməyə sözü olan cütlük görmürəm. «Gecə kanalı»nda, bu layihənin sonradan davam etdirdiyimiz mətbuat variantında da biz ölkəyə maraqlı, mədəni-ictimai çəkisi olan cütlük modelini təqdim elədik. Səncə, verilişdə bizim bir-birimizi sevdiyimiz hiss olunurdu?

- Mən hiss eləyirdim. Amma bəlkə də bu, ikinizi də tanımağımdan gəlirdi. Bəlkə də, sıradan tamaşaçı hiss etmirmiş…

- Biz layihəni davam etdirə bilərdik, amma İlhamiyyə xanımda Azərbaycan televiziyasına, mətbuatına qarşı bir inciklik var. Məndə yoxdur o inciklik. Hələ özümü formada hiss eləyirəm. Çünki görürəm, heç bir verilişdə, tok-şouda problemin həlli təklif olunmur. Adamları çağırırlar, sual qaldırırlar, hamını danışdırırlar, amma problem həll olunmamış qalır. Bizsə, nəzəri olsa da, problemin həllini təklif eləyirdik. Və özümüzdən sonra nə televiziyada, nə də mətbuatda belə bir cütlük də görmədim.

Yeməyimiz bitmişdi. Soyuq havada adama isti bir şey içib, evlərimizə dağılışmaq vaxtı idi. Həmid bayaqkı «yazıçı şıltaqlığını» davam etdirərək, burada qəhvənin pis hazırlandığını deyib, çay istədi. Mənsə təbiətən üzüyola adam olduğum üçün sadə, qara qəhvə istədim. Söhbətimizi bitmiş hesab etmək olardı, amma bu yerdə Həmid «Yüzüncü baxış» verilişində müzakirəyə çıxardığı  «Bizim küçə» filminin nəzəri dekonstruksiyasını buradaca düşünməyimizi təklif eləyir. Deyə-gülə, zarafatlaşa-zarafatlaşa ssenarini təzədən işləyirik, filmə sponsor, rejissor, bəstəkar, operator tapırıq. Baş rollarda kimlərin oynayacağını düşünürük, müxtəlif rollarda öz yazıçı dostlarımızı təsəvvür edirik.

Söhbətimiz burada bitir. Həmid məni yaxınlıqdakı metro stansiyasına ötürüb, küləkli havada gözdən itir. Mənsə dodaqaltı həmidin 12 il bundan əvvəl əzbərlədiyim şeirindən sətirləri pıçıldayıram:

Göy üzü də yer üzüdü

Amma orda torpaq yoxdu

Bu dünyada nə varsa

O həm var, həm də yoxdu

Uşaqlar ağlayırsa

Qoy ağlasın

Onların gözündə su var

Göz yaşı hələ ki, yoxdu..



Категория: Репортаж | Просмотров: 221 | Добавил: afsana | Теги: Qadın - məişət hökmdarıdı | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
Архив записей
Наш опрос
Вы довольны вашей работой?
Всего ответов: 340
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100