Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 06:55   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
 Винигрет
Главная » 2010 » Ноябрь » 7

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Pinti Fatmanı təndirə basaqmı?
02:19
"Göyçək Fatma” xalq nağılını uşaqlıqda hamımız eşitmişik. "Göyçək Fatma” ilə ögey bacısı Keçəl Fatmanın arasındakı ən böyük fərqlərdən biri də Göyçək Fatmanın səliqəli, təmizkar, evdar, Keçəl Fatmanın tənbəl, pinti olması idi. Biz nağıl boyu bütün qəlbimizlə Keçəl Fatmaya nifrət edir, Göyçək Fatmanın qalib gəlməsini və xoşbəxt olmasını arzulayardıq. Nağılın sonunda arzumuza  çatırdıq da. Göyçək Fatmanı təndirdən çıxarıb, əl-ayağını kəndirdən açıb padşahın oğluna ərə verirdik.  Adətən, bu nağılı qız uşaqlarına danışardılar. Yazıq qız uşaqlarının boyu arpa boyu qədər qalxmamış guya onları təmizkarlığa öyrədən analar, nənələr səhərdən-axşamadək uşağı bu sözlərlə bezdirirlər: "Qızsan, gərək səliqəli olasan, qardaşının da əyninə-başına fikir verəsən, yerə töküləni dənləyəsən...” Amma çox vaxt adi gigeyana qaydalarından xəbərsiz analar "üstü bəzək, altı təzək” olan təmizkarlıqları ilə qızlarına sağlamlıqlarının keşiyində durmağı belə öyrədə bilmirlər. Həyatlarının  gənclik və qadınlıq mərhələsində ortaya çıxan bir çox qadın xəstəliklərinin də əsası məhz uşaqlıqda qoyulur. 

Azərbaycan qadınının ən çox öyündüyü xüsusiyyəti onun təmizkarlığıdır. Onların qeybət mövzusunu da adətən, tanıdıqları, qonşuları olan qadınların pinti olub-olmaması təşkil edir. Öyünmək üçün əllərində başqa heç bir əsas olmayan qızlar, gəlinlər, analar daima bu gözəl xasiyyətlərindən dəm vururlar. XIX əsrdə analar qızlarına ər tapmaqdan ötrü hamamda onları necə tərifləyirdilərsə, indi də yeri gəldi-gəlmədi, qonşu qızının pintiliyindən, öz qızlarınınsa təmizkarlığından söhbət salırlar.

Amma bizə sirr deyil ki, bir çox qadınlarımız evini süpürüb zibilini qaydasınca atmağı belə bacarmır. O, hətta yaşadığı yeddinci mərtəbənin eyvanından da zibili yoldan keçənlərin, aşağıdakı qonşusunun başına ata bilər. Küçələrimizdə tez-tez qalaq-qalaq zibilliklərə rast gəlirik. Və həmin zibilliklərin söykəndiyi divarlara yazılmış "Bura zibil atanın atasına lənət”, "Bura zibil atanın nəslini...” söyüşlərini də heç kimin vecinə almadığının şahidi oluruq.

Azərbaycan qadınının  bir nömrəli məişət problemi olan bu mövzu onda vasvasılıq, əsəbilik, deyingənlik kimi mənfi xüsusiyyətlər formalaşdırıb. O, qonşuya, ya hansısa qohumunun evinə gedəndə gözdən yayınıb hətta çarpayıların, dolabların, xalça-palazların altını, mətbəxdəki çəkməcələri yoxlaya bilər ki, həqiqətən evin xanımının təmizkar olub-olmadığını öyrənsin. Bəli, çəkməcələr, gizli, görünməyən yerlər onun arzuladığı kimi qarışıq, çirk içində olarsa, sevinəcək. Çünki əlinə əla qeybət mövzusu düşüb.

Bu alışqanlıqları ucbatından qadınlarımızın çoxu uşaqlarını, ərlərini, hətta özlərini unudurlar. Yazıq uşaqlar analarının qorxusundan evdə az qala heykəl kimi gəzib-dolaşırlar. Hərəkət etməyə belə qorxurlar ki, bədbəxtlikdən qəfil nəyisə aşırarlar, üstlərini batırarlar. Çünki belə olan halda ana onları ciddi cəzalandırar. Halbuki, uşaq azad böyüməlidir, rəngli boyalarla  sərbəst işləməli, torpaq və qumdan fiqurlar düzəltməlidir. Bu zaman uşaqda yaradıcı meyllər özünü göstərər. Ruslar "torpaq  uşağın ağlıdır” deyirlər. Amma bizim təmizlik azarına tutulan, əslindəsə tənbəl analarımız uşaqlarına torpaqla oynamağı qadağan edirlər. Özü də gigiyena qaydalarına əməl etmək məqsədilə yox. Sadəcə, kənardan baxan insanlar, qonşu qadınlar uşaqlarının üst-başını torpaqlı, boyalı görməsinlər deyə...

Səhərdən axşamadək döşəmə üstündə, vanna otağında təmizlik uğrunda mücadilə edən qadın bir dəqiqə belə güzgünün qabağına keçməyə macal tapmır. Ər işdən qayıdanda, onun qabağına mehmanxana xidmətçisi görkəmində çıxaraq, kişini evə gəldiyinə peşiman edir - "aman, ehtiyatlı ol, ayaqqabını orda yox, bu tərəfdə soyun, döşəməni batırma” "vay... vay, bu şalvarı harda batırdın, dünən yuyub ütüləmişdim” və sairə sözlərlə qarşılayır bir xoş üz, xoş söz əvəzinə.

Dəqiq bilirəm ki, heç bir qadın, o cümlədən Azərbaycan qadınları məişət işlərini sevmir. Belə olmasaydı, o, məişətdə işinin yüngülləşməsi üçün yeni-yeni texniki avadanlıqları: paltaryuyanı, qabyuyanı, ətçəkəni, tozsoranı arzulamazdı. Ağır kredit şərtlərinə boyun əyərək, uşaqlarının boğazından kəsərək, elektrik enerjisini və suyu israf edib bu əşyaları əldə etməyə çalışmazdı. Təmizkarlıq və səliqəlilik  qadın və kişi olmasından asılı olmayaraq, bütün insanlar üçün çox yaxşı xüsusiyyətlərdir əslində.  Amma biz azərilər evdə qızlarımızı təmizkarlığa məcbur etdiyimiz halda, oğlan uşaqlarını pinti, ev işlərinə laqeyd böyüdürük. Nəticədə bu, bütün ömür boyu belə davam edir. Daim şalvar- pencəyinə anasının, bacısının qulluq göstərməsinə öyrəşən oğlan evlənəndə də məişət işlərinə əl sürməyi kişiyə ar bilir. Nəticədə evləndiyi  qadın səhərdən-axşamadək onun  xadiməsinə çevrilir. Hətta bu qadın özü də işgüzar, evə pul gətirən  olsa belə...

Təmizlik azarı olan qadınlar evlərindəki əşyaları yeri gəldi-gəlmədi dəyişməyi, mebellərinin gözlərini bahalı və lazımsız qab-qacaqla doldurmağı sevirlər. Məşhur bir reklamdakı kimi onlara "Yetər, sən qadınsan, təmizləyici yox” pıçıldamağın zamanı gəldi - deyə düşündüm. Az da olsa inanıram ki, azəri qadını bu yazını oxuyaraq, axmaq kompleksindən bir qədər uzaqlaşacaq, vaxtının və diqqətinin çoxunu qadın kimi xoşbəxt olmağa, ərinə və uşaqlarına qayğıya yönəldəcək. Hətta bəlkə artıq vaxt tapıb kitab oxuyacaq, küçə heyvanları və atılmış uşaqlar, qocalar üçün ianə toplamaq kimi xeyirxah bir işə başlayacaq. Pinti deyə ələ saldığı xəstə və yaşlı, yaxud işgüzar qonşusunun köməyinə də yetişəcək.

Категория: Винигрет | Просмотров: 184 | Добавил: afsana | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
Архив записей
Наш опрос
Что вы думаете по поводу слухов о продаже острова Артем??!
Всего ответов: 49
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100