Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 06:47   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 5
Гостей: 5
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Ноябрь » 24

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Özgə qadın
21:45
Sən mənə pəncərəni açıb,

Damda çırpınan çöl quşlarına,

Küçədə gəzişən pişiklərə,

Pəncərəni örtüb ,

Əşyalara sığındığım vaxt gərək idin...

Kim nə deyir, desin, şəhər adamı, şəhər oxucusu heç vaxt əyalətdən çıxmış (əslində harada olmağından asılı olmayaraq, əyalət yazarı heç vaxt əyalətdən «çıxa» bilmir) yazarı anlaya bilməz. Söhbət əyalət təfəkkürlü yazardan getmir, əyalətdən gələn yazardan gedir. Nədən ki, bəzən sivilizasiyanın göbəyində böyümüş paytaxt yazarı belə, kənddən gəlib, başını yazı-pozuda girələyən qələm adamına salavat çevirtdirə bilir. Əyalət yazarının yazısı şəhərlinin xoşuna gələr, fikirləri üst-üstə düşə bilər…Amma şəhər oxucusunun əyalət yazarı ilə doğmalaşmağı mümkün deyil. Şəhərli oxucunun əyalətdən gələn yazarı sevməyi isə məsələn, Umberto Ekonun «Dilqəmi» havasını bəyənməsi kimi bir şeydi: marağın səbəbi təkcə ekzotikadı, başqa heç nə. Ta indi bu, oxucununmu problemidi, yoxsa yazarınmı, deyə bilmərəm. Bəlkə də hər ikisinindi, bəlkə də heç birinin. Konu bu deyil zatən…şəhərli oxucu – əyalətçi yazar «tandem»ini ortaya pambıqdidmə iməciliyində araya atılan bir qucaq çiyidli pambıq kimi tolazlamağımın səbəbi isə sadədi: mən bu köşəni şəhər oxucusu üçün deyil, əlinə təsüdüfən köhnə qəzet keçən, gözü qız şəklinə sataşdığından, yazısını oxumağa başlayan kobud və yöndəmsiz kənd oxucusu üçün yazıram.

Mən ayı çox sevirəm. İstisini ipək parça ilə qabardin üçün özbaşına tənzimləyən buxarlı ütü əsrində bəsit fəza hadisəsindən danışmaq çox gülməlidir. Bəlkə də lap şitlik əlamətidir. Amma yabanı tayaya, beli torpağa sancıb, pırtlaşıq saçında ot saplağıynan, çatlaq dodaqlarının qırağındakı yemlik yaşılıynan mətbuata gəlməyin axırı bu olur. Başın nəyə qarışır-qarışsın, ədəbiyyatamı, ictimai məsələlərəmi, yoxsa eləcənə – sevgiyəmi, fərqi yoxdur: ruhuna yaxın, canına doğma heç nəyi olmayan dəhşətli urbanizasiyanın, texniki inkişafın göbəyində ürəyin partlayır. Bir neçə il əvvəl dırnaqlarının arasını dolduran palçıqdan, əlinin üstündəki cadardan ötəri belə, dodağın yeddi yerdən çatlayır. O ki qaldı, əyalət gecəsinin, əyalət romantikasının əsas atributu - ay ola.

Mən ayı çox sevirəm. Göydə ay olanda qış isinər, yay sərinləyər mənə görə. Göydə ay olanda hər şey yaxşı olar – daha doğrusu, hər şey OLAR. Göydə ay olanda mən hər şeyə hazır oluram: yazarın, insanın, qadının qorxduğu ən dəhşətli şeylərdən də qorxmuram. Bütün sevdiklərim zəlzələdən viran qalmış, adamsız şəhərin ortasında tək buraxıb getsələr, aya baxıb, gülümsəyərəm. Mənə həmişə elə gəlir ki, ay təkcə mənim üçün çıxır, məndən küsdüyü üçün batır. Məndən ötəri darıxır – yenə qayıdır. Mən heç nəyi, heç kimi 15 gün ayı gözlədiyim qədər həsrətlə gözləmirəm. Mən gecələri aylı-aysıza bölmürəm - ömrü aylı-aysıza bölürəm.

Fiziki sağlamlıq, sən demə, dəhşət çox şey demək imiş – bir az qızdırmalı olanda fəlsəfilik adama gülünc, mübarizlik axmaqlıq göründüyü kimi, romantika da düşüklük kimi gəlir. Amma mən hərdən sadəcə hisslərimin diqtəsi ilə yazmağı bacarıram.

Həmyaşıdlarımın burnunun suyunu axıda-axıda anasının balağından bərk-bərk yapışıb, buraxmadan gəzdikləri yaşda anam mənimlə yatmasın deyə, ağlayan bir uşaqdım balacalığımda. Böyüyəndən sonra da, bu totuq qadını anam olduğu üçün, mənə doğma varlıq olduğu üçün yox, şux, zarafatcıl, üzügülər qadın olduğu üçün sevdim. Yəni özgə, yad adamı sevirmiş kimi.

Atamın pis adam olmadığı qərarına gəlmək üçün mənə 28 il lazım oldu. Amma bir iyirmi səkkiz il də lazımdı ki, onun yaxşı adam olduğuna inana bilim. O da mənə, bu qədər  uzaq, bu qədər yad, bu qədər ögeydi yəni.

18 yaşıma çatanda on – on bir il bir parta arxasında, eyni məktəbdə, eyni sinif yoldaşları ilə oxuyan məzunlara həsəd apardım. Çünki mən on bir il ərzində altı orta məktəb dəyişmişdim, yüzlərlə sinif yoldaşım vardı. Bu gün hamısını güclə xatırlayıram - hərəsi ilə uzaqbaşı iki illik tanışlığım vardı.

Eyni rəngdə paltar geyinib, qolundan tutub, ora-bura dartdığım, saatlarla telefonla danışdığım bir rəfiqəm də olmadı heç vaxt. Çoxsaylı rəfiqələrindən, qohum-əqrəbasından, iş-gücündən vaxt tapanda ayda-ildə bir dəfə məni itirib- axtaran Aygünü çıxmaq şərtilə, hələ də rəfiqəm yoxdu. Məncə də o da mənə heç çoxsaylı rəfiqələrindən biri kimi də deyil, sevdiyi filmin sevimli qəhrəmanlarından biri kimi baxır...məzələnir mənnən.

İllərlə yaşadığım, görünüşü, otaqları, havası doğma bir ev də olmadı…ermənilərin bir dəfə, həyatın isə ömrü boyu ora-bura qovduğu adamın nə doğma evi olacaq ki? Yeniyetməliyimi keçirdiyim üçün ruhuma bir balaca yaxın olan, qar-qamışlı bir çadır şəhərciyi vardı, onu da dağıtdılar…

İki-üç ildən bir tapdığım ev heyvanlarım da onlara isinişməyə vaxt tapmamış, hərəsi bir dərdlə yoxa çıxdı. Birini azdırdılar, birini öldürdülər, biri evdən qaçdı, biri də…nə bilim, əşi...

Səkkizinci sinifdə oxuyanda üstündə pişik şəkli olan, yaşıl damalı, qısaqol çit köynəyim vardı. Daha doğrusu, səkkizinci sinifə qədər onu geyinirdim. Yayda lüt bədənə, qışda paltarların altından, yuyub-yuyub geyinərdim. O yaşıl köynəyin təzə vaxtı yadıma gəlmir, hər kimin idisə, deyəsən, mənə elə geyilmişi çatmışdı. Vaxt keçdikcə lap köhnəldi, rəngi soldu, yapıxdı, üstündə xırım-xırda deşiklər, süzüklər əmələ gəlməyə başladı. Amma yenə çıxarmadım onu əynimdən. Mənim gözümdə o köynək həmişə ən gözəl, ən rahat, ən təzə, ən yaraşıqlı paltar olaraq qaldı.

Səkkizinci sinifdə oxuyanda (əslində səkizincini qurtarıb, yay tətilinə çıxmışdıq) bir gün böyürtkən kolunun yanından keçəndə kolun bir qanadı köynəyə yapışdı. Sevimli köynəyim əynimdəcə cırıq-cırıq oldu. Yuyulub-geyinməkdən, gün altında qurumaqdan keyfiyyətini elə itirmişdi, elə köhnəlmişdi ki, tikana ilişən kimi, bir tikəsi də ələ gəlmədi.

...Mən o köynəyə heyfsiləndiyim qədər heç nəyə heyfsilənmədim. Nə onda, nə də sonralar. Nə də, indi. Bir şair, bir yazarın yaza biləcəyini yazıb-bitirdiyi, yazıb geridə qoyduğu yaşa çatdım.

Və bir ay, bir yaşıl köynək qədər doğma adamım olmadı.

İnsanlarda günah yoxdu.

Onlar ögey deyillər.

Ögey mənəm.

Və hələ bundan böyük faciə tanımıram...

Категория: Репортаж | Просмотров: 166 | Добавил: Aida | Теги: Hökmlü | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
Архив записей
Наш опрос
Вы довольны вашей работой?
Всего ответов: 340
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100