Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 07:09   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Ноябрь » 24

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

«Ən yeni ədəbiyyat» ımız barədə
08:34
«Azərbaycanda heç kim heç kimin kitabını oxumur!» «Ən yeni ədəbiyyat» seriyası ölkəmizdə Sovet hakimiyyətinin süqutundan sonra formalaşmış bu qənaəti dağıtmaq istiqamətində başlanmış bir layihə idi.

Bu layihə çərçivəsində artıq altı kitab işıq üzü görüb. Və bir yazıda altı kitabın hamısını geniş əhatə etmək mümkün olmadığını və mümkün olsa belə, uzun və yorucu olacağını nəzərə alaraq, birinci kitab barədə danışmaq istəyirəm. Bu – Aqşinin «Göləqarğısancan» romanıdır. Əvvəlcə bunu qeyd edim ki, yazarların da, oxucuların da indiyə qədər şair, bir az da uğurlu publisist kimi tanıdığı Aqşini roman müəllifi kimi görmək olduqca maraqlı oldu. Romanı oxumağa adamı ən azı bu vadar edir; şerləri və məqalələri bir udumda içilən Aqşin romanı necə yazıb?

Roman təhkiyə, yəni nağıl etmə üslübünda birinci şəxsin dilindən yazılıb. Birinci şəxs öz qəhrəmanından - Leş Əlidən danışır. Və elə Leş Əlinin zahiri və daxili təsvirindən artıq romanın qayəsi aydındır; «Göləqarğısancan» romanı müəllifin yaşadığımız ölkənin mənəvi portretini çəkmək cəhdidir. Sovet hakimiyyəti illərində sosializmi, müstəqillik dövründə isə ölkədə ayaq açmaq istəyən istənilən ideyanı, hərəkatı, cərəyanı öz ənənələrinə, mentalitetinə, əxlaqına  uyğun təhrif edən xalq, mənəvi cəhətdən heç nə ala bilmədiyi, lakin ona mövcudluğunu davam etdirməyə münbit şərait yaratmış «sovetlər dövrü»ndən sonra təkcə mənəvi deyil, həm də maddi böhran içərisindədir.

Özünün heç bir mənəvi, psixoloji çəkiyə sahib olmadan, sadəcə fiziki varlığını sürdürmək üçün «Bir parça çörək»…Korafəhim kommunist atanın və məişət çapında «uzaqgörən» dindar kənd arvadının oğlu Leş Əli, ölkədəki minlərlə, yüz minlərlə belə cütlüklərin dünyaya gətirdikləri övladlar hansı həyatı yaşaya bilərsə, elə o həyatı da yaşayır. Leş Əlinin simasında xalqın can atdığı, nail olmaq istədiyi tək şey bax o «bir parça çörəkdir». Romanda çox az sayda mənəvi çəkisi olan obrazlardan olan cənublu şairin dediyi kimi «bütün günahlar çörəkdədir, hər şeyə səbəbkar çörəkdir, hər cür dona girməyə, hər əclaflığı eləməyə, hər yola əl atmağa vadar edən bu «bir parça çörəkdir»…».

Leş Əlinin əl atdığı yollar isə bizə ovcumuzun içi kimi tanışdır – ədəbi-publisistik çevrələr, siyasi-ictimai hərəkatlar, QHT-lər, keyfiyyətini itirmiş kənd təsərrüfatı məhsullarının alverindən tutmuş, paytaxtın illərdir məruz qaldığı «tikinti bumu»nda fəhləliyə qədər. Əsərdə hər təsvirdə təcrübəsiz, naşı oxucunun ilk baxışda «romanın qüsuru» kimi gördüyü, adamı iyrəndirəcək qədər canlı təsvir olunan çirk, səliqəsizlik, pintilik, dağınıqlıq əslində insanların mənəvi vəziyyətidir. Bu çirk həm də Leş Əlinin hekayətini bizə nağıl eləyənin daxili vəziyyətini, onun ümidsizliyini, sarsıntılarını izah edir. Çünki Leş Əli ilə bərabər romanda bir qəhrəman da var – hekayətçinin özü. Və onun fərqinə varmamaq, nəinki Leş Əli öləndən sonra, elə romanın əvvəlindən mümkün deyil. Hələ lap romanın başından düşünürsən: qələmə verdiyi bu qədər çirkin, iyrəncliyin axırını hara aparacaq müəllif-qəhrəman? Necə təmizləyəcək?

İstedadlı adam hər şeydə istedadlıdır – şair Aqşin bircə cümlə, bəlkə də bircə şer sətri ilə oxucunu bütün bu çirkdən çıxarır: «Yalnız belə tufanlı gecədən sonra təmiz bir sevgi ilə sevmək olardı…» (cümlədə təhrifə yol vermiş ola bilərəm). Sevgi – budur insanın həm batinini, həm zahirini hər cür çirkdən təmizləməyə qadir olan tək qüvvə.

«Göləqarğısancan»nın çirkindən çıxırsan, amma vəziyyət elə də sevindirici deyil. Leş Əlidən sonra hekayətçinin qonağı onun həm zahiri pintilikdə, həm mənəvi çəkisizlikdə özündən geri qalmayan, atasının başladığı ölü heyvan alverini davam etdirən oğludur. Demək, heç nə bitmir. Hər şey bitdiyi yerdən, təzədən başlayır. Bu başlanğıc, yəni romanın sonu da bizə çox tanışdır: yaşadığımız cəmiyyətdə şairin oğlu şair, məmurun oğlu məmur, fəhlənin oğlu fəhlə olmurmu? Leş Əlinin də özünə oxşayan oğlu ölü heyvan alveri eləməkdən başqa nə eləyə bilərdi ki?

«Göləqarğısancan»ın dili barədə bircə şeyi deyə bilərəm: bu roman – oxuyarkən Azərbaycan dilindən zövq aldığım ilk nəsr nümunəsidir. Nə rus dilinin, nə osman türkcəsinin zibilləmədiyi, tərtəmiz Azəri türkcəsi. Aqşin Rafiq Tağıdan sonra Azərbaycan türkcəsinin təsvir imkanlarını, zənginliyini üzə çıxaran, «Azərbaycan dili kasaddır» fikrinin əksini sübut edən ilkin yazıçıdır. Müəllifin romanda dildən necə ustalıqla yararlandığını elə təkcə onun səhifənin yarısını tutan cümlələrin birnəfəsə oxunmağı sübut edir. Yarım səhifəlik cümlə bir şer sətri kimi rahat, həcmini sezdirmədən oxunur. Ümumiyyətlə, «Göləqarğısancan» bir şairin oturub, birnəfəsə yazdığı çox uzun bir şerə oxşayır.

Romandakı qarışıqlıq ilk baxışda müəllifin unutqanlığından xəbər verir. Aqşinin qəhrəmanı fəsillərdən birində atasının ölümündən sonra doğulan uşaqdır, bir başqa fəsildə isə həmin qəhrəmanı atası həkimə aparır. Bir fəsildə ölən qəhrəman o biri fəsildə qonaq qəbul eləyir. İlk fəsillərdə «evləndirilən» qəhrəman növbəti fəsillərdə subaydır, tək anası ilə yaşayır. Nəzərə alanda ki, postmodern ədəbiyyatda bu az rast gəlinən bir şey deyil, bunu romanın qüsuru deyil, üslubu hesab etmək olar. Amma Aqşinin yazı tərzini yaxşı tanıyan biri kimi əminəm, bunlar məqsədli deyil, doğrudan da müəllifin unutqanlığından, öz yazdıqlarının təsirinə düşün getməyindən, beləliklə də əvvəlini yaddan çıxarmağından doğan uyğunsuzluqlardır. Amma bir daha təkrar eləyim ki, bunu qüsur hesab etmək olmaz. Ən azı ona görə ki, əgər müəllif özü öz yazdıqlarına uyubsa, deməli oxucunu da qarmağa keçirəcək nə isə var. Əsas olan da elə budur.

Категория: Репортаж | Просмотров: 184 | Добавил: Aida | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
Архив записей
Наш опрос
Жалеете ли вы о выборе специальности в ВУЗе?
Всего ответов: 91
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100