Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 06:40   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 4
Гостей: 4
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Ноябрь » 23

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Hökmlü qaynana
21:43
Səkinə xala ilə xəstəxanada tanış oldum. Gəlinini bir kənara  qısıb sıxma-boğmaya almışdı.

- Az, qardaşlarına de, pul versinlər, mənim oğlumda pul nə gəzir, oğlum səndən xahiş etmişdi ki, uşaq dogasan, yoxsa mən, bizə uşaq lazım deyildi, Allaha şükür oğlumun qızı da var, oğlu da, uşagı sən özün istəyib dogdun, özünüz də müalicə elətdirin . Yazıq gəlin lal-dinməz sakit durub baxırdı. Qorxusundan  ağzını açıb bir söz deyə bilmirdi.  Solmaz ali təhsilli riyaziyyat müəllimi idi. Bir dəfə ailə qurub ayrılmışdı. Bu ikinci ailəsi idi. Həyat yoldaşı da müəllim idi. Onun  birinci həyat yoldaşı ölmüş və ondan iki uşagı vardı-bir oğlan bir qız. Səkinə xala Solmaza elçi gedən zaman özünü bir mələk kimi qələmə vermiş, əvvəlki gəlininin onlara gəlməmişdən əvvəl xəstə olduğunu, amma onlardan gizlətdiklərini demişdi. Guya ki, o da gəlini bütün həkimlərə göstərmiş, nə qədər müalicələr elətdirmiş, dünyanın pulun xərcləmiş, amma xeyri olmamışdı. Gəlininin iki yadigarına da özü baxacagını, həyatını o yetimlərə həsr etdiyini aglamsınaraq söyləmişdi.

Oglunun isə boynu bükük qalmagına guya heç dözə bilmirdi. Solmaz ər evinə gedəndən sonra isə hər şeyin əksinə olduğunu gördü. Qaynanası  Solmazı bu evə gətirən ilk gündən öz əsil sifətini göstərərək - bizə uşaq lazım deyil, bu uşaqlara baxsan bəsindir - demişdi. Amma Solmaz gənc idi. Onun da öz arzusu, istəkləri vardı. Ana olmaq. Solmaz məktəbdə işləyirdi. Ərə gedən gündən onun əmək haqqı kartını qaynanası əlindən almışdı ki, gəlini bir də "zəhmət çəkib” pul almaq üçün bankomata getməsin.

Bu zəhməti qaynana özü çəkir, "zəhmətinin müqabilində” də pulun hamısı özünün olur. Gəlinin heç xəbəri də olmur ki, maaşı nə qədərdir. Oğlunun da maaşını qaynana alır, evə nə lazımdırsa özü istədiyini alır. Nə gəlinin, nə də oğlunun onun bir sözünü iki etməyə ixtiyarı yoxdur. Deyilənə görə, elə birinci gəlin bu hərəkətlərin qurbanı olub. Çox gənc yaşlarından dünyasını dəyişib. Anasının hər sözünə görə, oğlu həyat yoldaşını döymüş, danlamışdı. Cavan gəlin xərçəng xəstəliyinə tutulmuşdu.

Vaxtında həkimə müraciət olunmamış və gəlinin iki balaca körpəsi anasız qalmışdı. Solmaz ərə getməmişdən əvvəl bu hadisələrin heç birindən xəbəri olmamışdı. Yalnız ərə getdikdən sonra bütün bunları eşitmişdi. Bir dəfə ailəsi dağıldığından hər şeyə dözməyə məcbur olmuşdu. Bir də ailəsinin dağılıb onun-bunun ağzına söz olmaq istəmirdi. Ərə gedəndən bir il sonra oğlu olmuşdu. Oğlunun sağlamlıq problemləri var idi. Indi yenə uşaq xəstələnmiş, temperaturu yuxarı qalxmışdı. Çox ağlayıb-sızlayan xanımını gördükdən sonra əri məcbur olub uşağı xəstəxanaya gətirmişdi. Həkimlər də baxan kimi çox gec gəldiklərini söyləmişdilər. Bütün bunlara baxmayaraq, həkimlər əllərindən gələni əsirgəmirdilər. Solmazın qardaşı şəhərdə tanınmış adam idi.

Həkimlər onu yaxşı tanıyırdılar. Məlum məsələdir ki, həkimə müraciət edən zaman həm yaxşı tanışın, həm də yaxşı pulun olmadısa, batdın. Həkimlərin diqqətini xəstəyə yönəltmək üçün xəstə yaxşı-yaxşı tapşırılmalıdır. Həkim də bilməlidir ki, bu xəstənin arxası var, xəstənin vəziyyəti pisləşsə, onu nə gözləyir. Şöbənin bütün həkimləri Solmazın uşağını bir an nəzarətsiz qoymurdular. Uşağa çox bahalı uynə-dərman preparatları təyin olunmuşdu.  İlk sətirlərdə qeyd etdiyim münaqişəyə səbəb gəlinin qaynanaya verdiyi resept idi. Resepti görən kimi qaynana çox bərk əsəbləşmişdi. Ancaq Solmaz qayınanasına deyə bilmirdi ki, heç olmasa özünün aldığı əmək haqqını versin öz uşagına xərcləsin. Çünki burada haray-həşirin olmasını istəmirdi, ən əsası qardaşını hamı tanıyırdı, ona görə ayıb idi, həm də onsuz da ona gücü çatmayacaq, sözünün üstünə söz qoya bilməyəcəkdi. Elə buna görə də, gücü ancaq göz yaşlarına çatırdı. Sakitcə bir küncə çəkilib ağlayırdı. Özünə çıxış yolu tapmırdı. Qardaşından da utanırdı. Axı nə qədər olar? Qardaşının da ailəsi, uşaqları var. Onlar həm uşağın iynə-dərmanını almalı, həm uşağın və anasının yeməyini gətirməli, həm də çirkli paltarlarını yuyub təmizləməli idilər. Evlərindən xəstəxanaya yol çox uzaq idi. Hər gün yalnız taksiyə nə qədər pul lazım olurdu.

Palatada Solmazın bacıları, qardaşlarının həyat yoldaşları baş-başa verib xısın-xısın danışırdılar. Söhbət qaynananın əzazilliyindən, hökmlü olmasından, qaynatanın da, oğlunun da ondan necə qorxmalarından gedirdi. Qaynananın qızları da analarını haqlı sayırdı. Otaqdakıların rəngi qaçmışdı. Onlar da qorxurdular ki, birdən Səkinə xala gəlindən qurtarıb onların da üstünə düşər. Qaynana isə heç nə olmamış kimi gəlib otağa daxil oldu. Otaqda sanki heç kim yoxmuş kimi çantasını götürüb çıxdı. Heç onlarla salamatlaşmadı da. Solmazın əri də nə edəcəyini bilmirdi. Çünki evdə nə onun, nə də atasının sözü işə keçmirdi. Anası nə dedi, o olmalı idi. Samir müəllim idi. Onun qazancı təkcə əmək haqqı kartında olurdu ki, o da anasında idi. Əlindən isə başqa iş gəlmirdi. Başqa qazanc yeri yox idi. Heç kimdən də borc istəyə bilmirdi, ona görə ki, borcu necə qaytaracağını bilmirdi. Solmazın anası, gəlinləri neçə dəfə onun pis vəziyyətdə olmasının şahidi olmuş, boşanıb uşağını da götürüb ata evinə qayıtmağı məsləhət vermişdilər:

-         Allaha şükür, əlinin gül kimi sənəti var, işləyirsən, dərs saatın da kifayət qədərdir, aldığın əmək haqqı özünə də, uşağına da çatar. Uşağını da götür gəl, sakit, rahat yaşa. Axı sən niyə bu qədər zülm çəkirsən? Özünə də bizə də əzab verirsən?

Amma o bunlarla razılaşmamışdı. Ərinə də, anasız böyüyən uşaqlara da yazığı gəlirdi. Onun evdə də işi çox ağır idi. Balaca uşağını evdə qoyub işə gedir, (uşağı evdəki böyük uşağın ümidinə qoyub gedirdi) yemək bişirmək, evləri təmizləmək , o biri iki uşağın dərsinə baxmaq, qaynana və qaynatanın da paltarlarını yuyub ütüləmək yeməklərini bişirmək, mal-qaraya baxmaq onun işlərinə daxil idi. Nə hünəri var idi ki, səhər tezdən durub hamı yuxudan durana qədər həyəti süpürməyə, çay-çörəyi hazırlamaya. Qaynanası sağlam, boy-buxunlu bir qadındı, lap generala oxşayır. Bütün bunlara baxmayaraq, evdə bir iş görmür, təkcə göstərişlər verir, yaxşı bazarlıqlar edib qızlarıgilə gedir. Onun bu evdə işi göstərişlər vermək, verdiyi göstəriişlərə nəzarət edib evdəkiləri danlamaqdan ibarət olurdu. Tez-tez kimisə danlamasa, sanki dünya dağılacaqdı.

Anasına "kömək etmək " məqsədilə qızları da tez-tez gəlir. Qızlar üçün o dəqiqə gözəl süfrə açılır, dadlı yeməklər hazırlanılır. Nəbadə, gəlin onları qaş-qabaqlı qarşılaya. Hətta lap kiçik uşaqlarına belə mehriban nəvaziş göstərməyə. Qaynana da, baldızlar da gəlini bir kökə salarlar ki, gəl görəsən. Özləri bir tərəfdən, hətta qardaşlarını da məcbur edəcəklər ki, gəlini danlasın, hətta lap döysün də. Gəlinin başı onlara qulluq etməyə qarışan zaman isə ora-bura göz çəkib analarının görmədikləri natəmizliyi, əyər-əskik işləri analarına göstərib gəlinin necə səliqəsiz olduğundan danışırlar. Yeyib-içib, deyib-güldükdən sonra zənbilləri də yaxşı pay-puruşla dolmalıdır. Gəlin baldızların zənbilini də doldurub onları gülərüzlə yola salmalıdır.

Yazıq Solmaz, bütün bunlara nə vaxta kimi dözə biləcək görəsən?

"Ikinci dəfə də ailə qurdu dolanmadı, ayrıldı”  – deyə qonum-qonşunun danlağı ilə üzləşməmək üçün bu qədər əzab-əziyyətə dözən Solmazın həyatı nə vaxta kimi belə olacaq, onu yəqin bir Allah bilir.

Ən pisi və dözülməz olanı isə odur ki, Solmaz özü bu vəziyyətdən çıxmaq istəmir.

Категория: Репортаж | Просмотров: 172 | Добавил: Aida | Теги: Hökmlü | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
Архив записей
Наш опрос
Жалеете ли вы о выборе специальности в ВУЗе?
Всего ответов: 91
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100