Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 06:28   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Ноябрь » 25

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Çirkli avtobuslar haqqında təmiz söhbət
21:58
Bizim universitetlərdə Ekologiya dərsini statistikanın bir növü kimi keçirlər. Ona görə belə deyirəm ki, ortada bu işin fəlsəfəsinə dair üçcə dənə səlis cümlə yoxdur, yalnız çoxlu quru rəqəm var. Qısası, biz universitetdə oxuyanda Ekologiya dərsinə ən əhəmiyyətsiz dərs kimi baxırdıq. "Gözəllik – 250 volt” yazımda toxunduğum növdən olan bir müəlliməmiz vardı, dərs başlanandan axıra qədər bizə statistika yazdırırdı. Ozon qatı  ildə bu qədər çirklənir, 1973-cü illə müqayisədə on il sonra filan qədər ağac qırılıb, stratosferin çirklənməsi bu minvalla on il sonra filan qədər olacaq, filan həcmdə qaz filan milyon kub metr ərazidə neçə miilyon kilo çirklənmə törədir... Dəftər bütün rəqəm idi. Bu və ya bənzər səbəbdəndir ki, hələ Azərbaycanda ekologiyanı ciddi fənn sayan bir universitet məzununa rast gəlməmişəm. Uzaq Ozon dəliyi haqda rəqəmləri mühazirəçinin diktəsilə yazdıqdan sonra gənclər dərsdən çıxırlar, müxtəlif avtobuslara əyləşib evlərinə dağılışırlar. Əsl ekologiya evə qayıdan yolda qarşılarına çıxır.

"Ekocentrism” rubrikamızın bugünkü mövzusu ictimai nəqliyyatdakı çirkdir. Avobuslara baxan kimi aydın görürsən ki, bunlar sonuncu dəfə istehsala buraxıldıqları müəssisədə yuyulublar. Belə avtobusların adını "BOMJ avtobuslar” qoymaq olar. Kişilər deyirlər ki, qadınlarla kişilərin hüquq bərabərliyindən danışırsınızsa, gərək biz heç qalxıb avtobusda yerimizi qadınlara verməyək. Ancaq bir məsələ var ki, indi artıq avtobus boş olsa da, qadınlar oturmaq istəmirlər, onsuz da oturmurlar. Çünki oturacaqlardakı yağlı çirk qatının, çirk qazmağının paltarlarına bulaşmasını istəmirlər.

Yaydır, açıq rəngli paltarlar geyinirik hamımız. Oturacaqdakı çirk paltarda iz qoyur. Elə oturacaq var ki, özü təmizdir, söykənəcəyi çirklidir, ona görə də bəzən adamlar otururlar, arxaya söykənmirlər. Bəziləri isə dediyim kimi, yer çox ola-ola ayaq üstə gedirlər. Ancaq ayaq üstə durmaqla da xilas olmursan. Sərnişin çox olanda söykəndiyin avtobus gövdəsi və ya pəncərələrdəki çirk yaxalayır səni. Bir dəfə tələbə yoldaşım olan bir qız gəlib bizə dedi ki, avtobusdakı bir kişini bu gün arvadı əzişdirəcək. Soruşduq ki, niyə. Dedi ki, mən ayaq üstə durmuşdum, avtobus təkan verdi, sifətim qarşımdakı kişinin kürəyinə dəydi, dodağımın pomadası yapışdı kişinin ağ köynəyinə. Belə təkanların birində adam beş barmağını qəfildən pəncərənin şüşəsinə qoysa, gərək o əlini daha heç yerə toxundurmasın, ta ki, avtobusdan enib su kranı tapanacan. Hələ elə avtobus var ki, arxa oturacaqlarının dəmiri çıxıb, sərnişinin şalvarı deşilir. Bu deşilmək məsələsini indi yanımda oturan yaşlı bir qohumumun xahişilə yazıram. Bayaqdan dil boğaza qoymur ki, təzə şalvar almışdım, avtobusda deşildi, bunu hökmən yaz.

Mən özüm o gün avtobusla Mərkəzi Univermaqdan Füzuli meydanına tərəf gedirdim, avtobusun döşəməsində cola şüşəsi var idi. Avtobus sürəti artırdıqca  dığırlanırdı. Bir adamın ayaqqabılarına yaxınlaşırdı, sonra dığırlanıb o birinin ayaqqabılarına tərəf gedirdi. Heç kəs əyilib götürmürdü; nə sərnişinlər, nə də konduktor. Avtobus sola burulanda mənim ayaqqabılarıma da növbə çatdı. Bir ayağımla onu tutdum, ayaqqabımın altında saxladım. Düşəndə istədim ki, əyilib götürüm. Ancaq axırda fikrimdən vaz keçdim, əlimi bulaşdırmadım. Məncə, o, hələ də dığırlanır özüyçün.

Keçən il şəhərə biri 60-65 min dollara uzun, iri tutumlu avtobuslar gətirilib. İlk vaxtlar onların gövdələri və oturacaqları rəngbərəng idi- yaşıl, sarı, salat rəngi- adamın xoşu gəlirdi. İndi rəng bilinmir. Analar tez-tez uşaqlarına deyirlər: "Əlini pəncərənin qırağına vurma, çirkdir, başını qopardaram”. Avtobusa girən kimi fikrin onda qalır ki, bədənini çirkabdan qoruyasan, necə ki, rahibələr bədənlərini günahlardan qoruyurlar.

Bir çox ekoloji problemlərin həlli bizim əlimizdə deyil, məsələn, biz və oxucularımız dənizlərə neft axıtmırıq, sement zavodu işlətmirik, ona görə də bizim kimi adamlara rəqəmlərdən ibarət, qlobal ekologiya haqda dərslər keçmək yalnız "nırç-nırç-nırç” edib təəccüblənməyimizə yarayır. Amma elə ekoloji problemlər var ki, onların həlli bizim əlimizdədir. Girib görsək ki, avtobusun oturacaqlarında çirk qazmağı var, sürücüyə nəzakətlə düşməyimizin səbəbini deyərək düşməli, avtobusun xidmətindən imtina etməliyik. Gün ərzində beş nəfər sərnişin belə etsə, sürücü məcbur olar ki, avtobusunu yudurtsun, yaxud tabe olduğu idarənin qarşısında avtobusun yuyulması haqda məsələ qaldırsın. Sərnişinlərinsə bu haqda öz fikirləri var. Onlar deyirlər, axı bizim seçimimiz yoxdur, bu avtobus gedəcək, ondan sonra gələnin də içi belə olacaq.

Axşam avtobusunun sürücüsündən soruşduq ki, niyə bezləri dəyişdirmir və ya yudurtmur. O cavab verdi: "Nə qazanıram ki, hələ o qazancdan belə lükslar üçün də pul ayırım?” Bu sürücünün sürdüyü avtobusun pəncərələri elə tozlu idi ki, onlarda barmaqla həmin qazancın rəqəmlərini alt-alta yazmaq, toplayıb-çıxmaq olardı.

İş təkcə avtobusla bitmir, Azərbaycanın rayonlarına işləyən bütün qatarlar zibilxanadır, divarlarında tarakanlar qaçışır. Rayonlardan Bakıya kənd məhsulları gətirib satan camaat gecə səhərə qədər plazkard vaqonlarda və kupelərdə ən hörmətsiz şəkildə gedib gəlir.

Yaxşı, indi bu məsələni necə həll edək? Mən şəxsən danışmaqdan yorulmuşam, təklif edirəm ki, bir kampaniya keçirək. Bunun üçün sadəcə oturacaqlarının çexolları çirkli olan avtobusların nömrələrini bundan sonra yadda saxlamalısız, gəlib bura, bu yazının altına yazmalısınız. İyirmi belə avtobus haqda məlumat toplandıqdan sonra onların adlarını, nömrələrini və problemi qısaca yazıb göndəririk məmurlara. Onun da bir xeyri olmasa, daha bilmirəm.

Категория: Репортаж | Просмотров: 179 | Добавил: islandgirl | Теги: Çirkli avtobuslar | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
Архив записей
Наш опрос
Как работают мобильные телефоны на Артеме?
Всего ответов: 122
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100