Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 06:38   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Ноябрь » 26

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Azərbaycanda heyvanların həyatı
08:52
Beş yaşım tamam olan gün babam məni həyətə çağırdı. Qohumum olan başqa kişilərlə birlikdə yerdə uzanmış bir heyvanı dövrəyə almışdılar. Babam məni lap yanına çağırdı, cəld hərəkətlə əlini yerdə canı çıxmaqda olan, başı ürək kimi atan quzunun tünd qırmızı qanına batırıb mənim alnıma çəkdi. "Bu qurbanı sənin üçün kəsdik” – dedi. Alnımdan axan isti mayedən qorxub qışqırdım, dəhşətlə  yuxarı – evə yüyürdüm.

O gündən bu günəcən nə vaxt başıma pis bir hadisə gəlsə, yadıma o quzu düşürdü. Mənə elə gəlirdi ki, həmin quzunun karmasına tutulmuşam. Görünür, uşağın şüurunda və şüuraltında özünə dərin yer eləmişdi o hadisə. Babam və quzunu kəsən başqa kişilər savadsız vəhşi deyildilər. Babam film aktyoru idi, o birilər də qayət mədəni işlərdə işləyirdilər. Bu, paytaxt idi. Paytaxtın lap mərkəzi idi. Onlar belə edirdilər, çünki onların babaları da bu cürə etmişdilər.

Onlar öz babalarının, babaları  öz savadsız ulu babalarının etdiyini edirdilər. Yeni nəsllər savadlansalar, mədəniləşsələr də, öz ata-babalarından gördüklərini təkrarlamağa davam edirdilər; nəvənin ad günü münasibətilə quzunu qurban kəsirdilər. Ənənələr o qədər güclü idi ki, təhsil, mədəniyyət, yeni həyat onlara qalib gəlib qova bilməmişdi.

Hər il Qurban bayramında küçələrdə inəklər, qoyun-quzular kəsilir. Bu bayramda heyvan kəsmək işini bilənlər deyil, bu işdən başı çıxmayanlar da – hamı heyvan kəsməyə başlayır. Yəqin televizorda belə mənzərələr görmüsünüz. Bıçağı inəyin boğazına çəkirlər. Bəzən inək bir bıçaqla ölmür, yarıcan olur və qaçmağa başlayır. Küçələr qanı axa-axa qaçan heyvanlarla dolur. Bəzi kişilər buna belə bir "ağıllı” çarə tapıblar. Əvvəlcə inəyin ayaqlarını kəsirlər. Belə edirlər ki, qaça bilməsin. Dəhşətdir!

Ancaq bu qanlı səhnələri görmək ildə bir dəfə - qurban bayramlarında başımıza gəlmir. Adi günlərdə hər səhər alaqaranlıqda küçədən gələn, daun sindromlu əlil uşaqların səslərinə bənzəyən səslərə oyanıram. Pəncərədən baxıb görürəm ki, bir maşın dayanıb, indicə içindən iki-üç qoyun və ya bir iri inək düşürüblər. Bir-bir başlarını kəsirlər ki, bir azdan yuxudan oyanacaq adamlara "təzə ət var” qışqırıb satsınlar.

Birinci dəfə onları görəndə pəncərəni açıb "neynirsiz orda? Əclaflar! Alçaqlar!” qışqırmışdım. Anam səsimə oyanıb belə demişdi: "Mən onları hər gün görürəm, hər səhər bu vaxt oyanıram onların səsinə. Sən indi eşidirsən?! Get yat, biz onlara heç nə eləyə bilmərik."

Həyat yoldaşım axşam gəzintilərimizdə qonşu məhəllələrdə rastımıza çıxan, əl-ayağı kəndirlə dəmir dirəyə bağlanmış inək görəndə deyir: "Bu da bizim sabahkı yeməyimiz.” Nədənsə inəyin gözlərindən çox məni onun buduna ağ rənglə yazılmış 39 rəqəmi, gövdəsinə, onurğa sütununa vurulmuş möhür təsirləndirir.

Gecə küçədən it hürüşməsi eşidilir. Qəfildən it hürüşməsi çoxalır və güllə səsləri gəlir. Televiziyada hər gün kəndlilərin canavarları öldürməsi xəbəri yayılır. Şəhərdə isə itlər çoxalan kimi camaat zəng edib tələb edir ki, onları güllələyib aparsınlar sabun bişirməyə…

İndi yaydır. Hər gün plastik "Cola”, "Fanta” şüşələrini yarıdan kəsib küçələrə pişiklər üçün su qoyuram. Dərhal bir qadın tapılıb üstümə qışqırır:
- Bizim məhləmizə dadandırma onları!
- Bizim küçəmizə dadandırma!
- Bizim prospektə dadandırma!
- Susundan ölsünlər? - deyirəm.
- Özləri taparlar! – deyirlər.

Hətta qapıqonşum o gün mənə hücum edib qışqırmağa başladı: "Erməni, ay erməni axçısı, pişikləri bloka dadandırma, pişik suya-yeməyə gəlir! Sən nə təhər azərbaycanlısan, iyrənmirsən, az?!” Qadınlar özlərinə "pişik” deyilməsini xoşlayırlar bizim ölkədə. Bu pişik düşməni qadınlar öz sevgililərindən "pişiyim” eşidəndə hansı əsasla xoşhallanırlar, başa düşmürəm.

Mənim üçün insanlar iki böyük qrupa bölünür: heyvansevərlərə və heyvan sevməyənlərə. İş, əlbəttə ki, quru-quru sevməklə bitmir. Elələri var ki, "pişik” sözü eşidən kimi dərhal növüylə maraqlanır. Adi pişik sevmirlər, siam sevirlər, kral analostankası sevirlər. Bu, kişilikdən deyil. Elə çıxır ki, belə adam özünü sevir, qonaqlarının yanında öz forslanmağını sevir, heyvanı yox. Halbuki, biz evimizdə yeyib-içib istirahət edən vaxt küçədə itlər, pişiklər bir parça çörək, su tapmaq üçün saatlarla yol gedirlər, axırda huşunu itirib yıxılırlar.

Zibilqablarının ətrafında çoxlu pişiklər olur. Görürsən ki, səliqəli ev sahibələri zibil sellofanlarını elə bərk bağlayıblar ki, pişiklər onları açmağa çətinlik çəkirlər. Girirsən dükana, pişik yeməyi yoxdur, "200 qram kolbasa verin” deyirsən. Satıcılar biləndə ki, heyvan üçün alırsan, ən pis, ən ucuz, keyfiyyətsiz, vaxtı ötmüş sosiska və kolbasalardan çəkirlər. Onlara yanlış olaraq, elə gəlir ki, insan birinci dərəcəlidir, ləziz yeməklər yeməlidir, heyvan isə artıq-urtuq.

Belə düşüncənin sonu bu fotodakı mənzərədir. İnsan azğınlığının axırıncı dərəcəsi! Ya böyüklər,  ya da uşaqlar bu pişiyin qulaqlarını ülgüclə kəsib qaçmışdılar. Başının hər iiki tərəfindən qan şoruldayırdı.

Onu bir neçə ay Bakının bütün veterenarlarına apardım. Hər səhər, hər axşam həkimin təyin etdiyi kimi, qulaqlarını levomikol, streptasit tozu, antikleyş mayelərlə yudum. Yaralar qurumadı. Veterenarlar heç nə edə bilmədilər. Bir həkim dedi ki, yaralar beyninə rişə atıb, bu pişik sağ qalmayacaq. Onlarla razlıaşmadım, ümidimi itirmədim, çünki iştahası yaxşıydı, yemək yeyirdi. Amma o, öldü. Onun qulaqlarını ülgüclə kəsən(lər) indi haradadırlar. Onu çoxdan unudublar, haradasa qarpız yeyirlər indi bəlkə də.

Məktəb dərsliklərində Durna çırağı adlı qədim gözəl bir Azərbaycan əşyasının şəkli var və altında yazılıb ki, çox qədim zamanlarda kəndlərdə yaşayanlar bu çırağı yandırıb dağların, təpələrin başına qoyarmışlar. Bununla istəyərmişlər ki, uzaqda azmış, borana düşmüş durnalar çırağın işığını görüb yaşayış yerinə yaxın gəlsinlər və donmasınlar. Durna çırağı olan xalqın bu gün heyvana münasibətinə bax: pişiklərin quyruğunu, qulağını kəsən yeni nəsllər.

Küçə heyvanlarını qorumaq və bütün bu dəhşətə qarşı savaşmaq üçün dostlarımla birləşib nə isə etmək istəmişəm. Məsələn, İnternetdə çoxlu heyvanların müdafiəsi təşkilatları, fondları tapdım. Lakin onların məktuba cavab yazanları belə cavab verdilər: "Biz yalnız Amerikadakı heyvanlar üçün layihələr həyata keçiririk”. Mən də götürüb onlara belə bir replika yazdım: "Qərbdə doğulan təkcə insanlar deyil, heyvanlar da xoşbəxtdir.”

Bizim ölkədə heyvanların qorunmasıyla məşğul olan təşkilatlar çox qeyri-ciddidirlər. Sadə bir misal. Şamaxı şəhərinin girəcəyində balaca bir restoran var. Restoranın qarşısında balaca bir qəfəsə iri bir ayı salınıb. Onu bura restorana müştəri cəlb etmək üçün qoyublar. Yeri aylarla təmizlənmir. Uşaqlar məzələnmək üçün ayıya cola şüşələri atırlar. O boyda ayını öz məqsədləri üçün məğmun ediblər. Bu mənzərədən bir neçə metr aralıda yolun kənarında "VƏHŞİ TƏBİƏTİ QORUYAQ!” şüarı vurulub Wild World Foundation imzasıyla.

Kiminlə bu mövzuda söhbət etsəm, harada bu mövzuda məsələ qaldırsam, "İnsanın hüquqlarının qorunmadığı ölkədə heyvan hüquqlarından danışmaq gülməlidir” – deyirlər. Onların bu fikrinin motivində açıq-aşkar, insanları heyvanlardan üstün tutmaq var... Bir heyvansevər gərək belə mühakimə yürütməsin.

Bu yazını yazdığım müddətdə klaviaturada gəzən barmaqlarımla oynayan balaca sarı pişik indi mırıldayır. İnsanlar xoşbəxt olanda danışmasalar, kənardan bilinmir. Məsələn, küçədə işə gedən çoxlu adamın arasında kimin bu an özünü xoşbəxt hiss etdiyini nədən bilmək olar? Elə bir əlaməti yoxdur. Amma pişiklər xoşbəxt olanda, özlərini şad-xürrəm hiss edəndə o dəqiqə bilinir; mırıldamağa başlayırlar. Sakit otaqda onun möhkəm eşidilən mmırıltısı bizi də xoşbəxt edir, gülməyimizi saxlaya bilmirik.

Категория: Репортаж | Просмотров: 172 | Добавил: afsana | Теги: Azərbaycanda heyvanların həyatı | Рейтинг: 5.0/1 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
Архив записей
Наш опрос
Что вы думаете по поводу слухов о продаже острова Артем??!
Всего ответов: 49
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100