Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 11:20   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
 На заметку
Главная » 2011 » Январь » 14

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Əzrayıl haqqında lətifə həqiqətə necə çevrildi?
10:22
Bu dünyaya gələnlər hamısı daimi qalsaydı, dünya bu qədər adamı tutmazdı. Allah-Təala vaxtı çatanların canlarını almaq üçün ierarxiyada mələklərn birinə, Əzrayıla vakant  bir yer ayırdı və bu ağır missiyanı qoydu onun boynuna. Başlanğıcda bəni-insan sayı  az olduğu üçün Əzrayıl öz  işini uğurla görə bilirdi. Say çoxaldıqca iş də çoxaolırdı və ştatda köməkçi yeri yox idi. Belə olanda deyəsən Əzrayıl digər bir mələklə- Şeytanla əlaqəyə girib özünə köməkçi axtarmaq istədi.

Təsəvvürümdə belə bir səhnə yaranır: Əzrayılın bu xahişi Şeytana ləzzət eləyir və o şaqqanaq çəkərək Əzrayıla bir yox, istədiyi qədər köməkçi verə biləcəyini söyləyir. Köməkçilərin siyahısını görəndə Əzrayılın gözlərinə işıq gəlir, başa düşür ki, indii can almaq üzrə planı istədiyi qədər artıqlaması ilə yerinə yetirə bilər. Şeytanın yazdığı əlifba ilə tanış olmasam da, bir az məntiqlə düşünəndə Əzrayılın köməkçilərinin kimlər ola biləcəyi hətta mənə də məlum olur.


Silah yaradan alimlər

Atom silahı yaranandan Əzrayılı işi xeyli yüngülləşdi. İnsanlar amerikanların bir bomba ilə Xirosimanı, o biri ilə Naqasakini yer üzündən silən atom silahını məhv etməyə çalışmaq əvəzinə başqa dövlətlərin də bu silaha sahib olması həvəsinə düşdülər və buna nail oldular. Sonra bu da azlıq elədi, hidrogen, neytron bombaları yaratdılar. Bu günə qədər də modernləşdirir, kamilləşdirilər ki, öz sonlarını bir az da yaxınlaşdırsınlar. Aldığı həzzdən Əgrayıl əllərini bir-birinə sürtür.

Texnogen qurğular

«Mədəniyyətin sonu vəhşətmidir, nədir, əcəba?» deyən şair insan zəkasının inkişafının axırda onun məhvinə gətirəcəyinə işarə edirdi. İnkişafın hər pilləsi insan ömrünün qısalmasına, orqanizmin zəhərlənməsi və sıradan çıxmasına səbəb olurdu və oldu.  Müxtəlif zəhərli qazlar, maddələr, qurğularla atmosferi o qədər çirkləndirdik ki, Arktika buzları əriməyə başladı, yer  üzünü daşqınlar, sunamilər, kataklizmlər bürüdü. Hətta kosmosdan gələn zərərli şüaların qarşısını alan ozon qatını da şadaraya döndərdik, deşik-deşik elədik, indii o şualar da Əzrayıla xidmət eləyir. Özümüzü məhv eləmək üçün marafon yarışına çıxdıq, Əzrayıl ayağını ayağının üstünə atıb şellənir və ləzzətlə qımışır…

Saxta dərmanlar

Yaradan yaratdıqlarını müxtəlif bəlalardan hifz etməyi də bacarır. Müxtəlif xəstəliklərdən, qəzalardan qurtarmaq üçün dərdini verən Allah dərmanını da göstərdi. Şeytan buraya da barmağını qoydu və həmn dərmanlar şəfa əvəzinə ölümə xidmət eləməyə başladı. Daha doğrusu, saxtalaşdırıb Xeyirə xidmət etməlinin Şərə tərəf yönəltdik. Bəlkə də dünyada ən ağır günahlardan biri dərmanların saxtalaşdırılmiasıdır. Sağalmaq ümidi, istəyi ilə od qiymətinə aldığımız dərmanların bizi ölümümüzə yaxınlaşdırdığını görməkdən dəhşətli, inamitirən bir hiss vamı görəsən? Əzrayıl özünü klonlaşdıraraq apteklərin yanında durub ölüm növbəsinə duranlara baxır və qarnı atdana-atdana gülür.

Narkotika zöhrəvi xəstəliklər və alkoqol

Əzrayılın sədaqətli köməkçiləri. Bəlkə də Əzrayılın Allaha sədaqətindən daha çox bunlar Əzrayıla sədaqətlidirlər. Yaxasına çökdüklərini yavaş-yavaş, öldürməkdən həz ala-ala axırına çıxırlar. Onlara aludə olanların ailələri, yaxınları, ətrafları da Şeytanın hipnozuna düşür, heç nə edə bilmirlər. Adamlar bu bəlalardan xilas olmaq haqda düşünmək əvəzinə daha güclü psixotroplar icad eləməyə, şeytani həzzin daha mənfur formalarını düşünməyə, öz əlləri ilə  ölümün yollarını hamarlamaq yarışına çıxırlar. Əzrayıl şaqqanaq çəkir.
Bu saydıqlarım Əzrayılın iri miqyaslı köməkçiləridir. Ətrafımıza baxsaq yerli miqyasda ölüm mələyinin çox sadiq köməkçilərini ətrafımızda da görə bilərik.Onlar özlərini addımbaşı çox «uğur»la göstərirlər. Tanıdığınız  tanışların bəzilərini bir də nişan verimmi?

Keyfiyyətsiz ərzaqlar

Əslində ərzaq özlüyünda cansızdır və Əzrayılın özünə cansız köməkçi seçməsi o qədər də ağıla batmır. Çünki cansızın ala biləcəyi can miqdar mənasında o qədər azdır ki, Əzrayıl öz işi ilə bərabər hələ xırda statistika aparmağa da məcbur olardı. Ona görə də ərzağı yox, keyfiyyətsiz ərazağı istehsal edəni, satanı özünə köməkçi götürdü. Əlbəttə Şeytanın zəmanəti ilə. Yediklərimizə haram  qatanlar, genləri modiyfikasiya edilmiş ərzaq hazırlayanlar, zərərli, zəhərli maddələr qatanlar, vaxtı keçmiş ərzaqları satanlar, uşaq yeməyini saxtalaşdıranlar, ərzaq məhsullarına kübrə, pestisid, müxtəlif reagentlər qatanlar… birbaşa Əzrayılın köməkçiləridir. Gördükləri işər də onların dediyimi təsdiqləyən vəsiqələridir. Özü də belələri özlərinin də düşmənidir. Bunun hazırladığını o yeyir, onun hazırladığını bu. Əzrayıl da oğrun-oğrun həm onun başını sığallayır, həm də bunun. Potensial müştəridi axı…

Naşı həkimlər, saxta mollalar

Çox maraqlı tandemdir. Sağaltmaq əvəzinə öldürən «təbib»lər, öldürüləni birbaşa Cəhənnəmə istiqamətləndirən saxta mollalar. «Təbib»lərin meydana çıxmasında Əzrayılın köməçiləri lap başlancıdan- uşaq bağçasından fəaliyyətdə olurlar. Sonra məktəb, sonra universitet, sonra işə düzəldən köməkçilər və adam olur Əzrayılın peşəkar köməkçisi. Əzrayıl onları demək olar ki, adbaad tanıyır. Geyimləri də fərqlidir axı. Nə qədər ki, naşı, rüşvətxor həkimlər (hakimlər və ümumiyyətlə bəndələr) var, Əzrayıl çox arxayın və rahat gəzə bilər. Saxta mollalar da naşı həkimlərin xətaların elə torpağa quyulayırlar ki, dünyasını dəyişən nə qədər əməli-saleh olsa da, Cənnətin heç həndəvərinə də düşə bilmir. Saxta mola onun boynuna elə günahlar şəlləyir ki, rəhmətlik yuxusunda da  Sirat körpüsünü keçə bilmir. Bəlkə də keçə bilsə idi, Yaradanın inandıqlarından birinə yaxınlaşa, onu buraya göndərənlərin  hoqqalarından şikayətlənə bilərdi. Əzrayıl hirslənir, onların da yolunu bağlayır.

Aman sürücü, vurma məni...

Sürücü yox, qırıcı. Əzrayılın populyar, müasir, əvəzolunmaz köməkçiləri - pulla «prava» alan, sükan arxasına sərxoş oturan, nasaz maşınla yola çıxan, sürəti artırıb ötüşən sürücülər. Aldıqları canların sayını müharibə qurbanları ilə müqayisə eləmək olar. Özü də müharibənin bir həftəsini yol qəzalarının bircə günü ilə. Əzrayıl baxır ki, maşına 300 km/saat sürət qoyurlar, sonra da beş-altı dənə təhlükəsizlik balışı. Başlayır haqlı olaraq, hırıldamağa. Bu sürətlə, bu sürücülərlə Əzrayılın fəaliyyət poliqonu bütün yer kürəsi olur. Yer kürəsi bir yana, bizdəki köməkçilərin sayından, işdəklərindən, hoqqalarından xəbəriniz varmı? Gündə də dəstə-dəstə yenilərini istehsal edib buraxırıq. Əzrayıl harınlayıb, indi işlərinin hamısını köməkçilərinin üstünə atır. Elə köməkçiləri olan da işləyər? Əlbəttə işləməz. Elə-belə, gəlir, tabelə qol çəkir, birbaşa öz əcəli ilə ölməlilərin siyahısına nəzər atır, göndərir əlaqədar təşkilatlara. Qalan işlər köməkçilərlikdir. Onların da sayı, bir deyil, beş deyil. Fikir vermisinizmi, Əzrayılın alternativi olan, həyat, xoş xəbərlər gətirən digər mələyin, Cəbrayılın adı demək olar ki, unudulub, keçib retro sənətkarlar siyahısına. Şou əhli ilə müqayisə edəndə, bəzi «ulduz»lar kimi, Əzrayıl dəbdədir, gündəmdədir, populyardır, həftənin hər günündə dəftərində vay yazılıb.

P.S. Yazıda küfr, günah məqamlarım varsa, kaş Allah günahımdan keçsin, bəzən söz ünavanına çatsın deyən belə «xod»lardan istifadə etməyə məcbur oluram…
Категория: На заметку | Просмотров: 206 | Добавил: ЯbdR | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Архив записей
Наш опрос
Вы довольны вашей работой?
Всего ответов: 340
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100