Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 09:50   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 19
Гостей: 19
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Октябрь » 2

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Müqəddəs fahişə
12:02
Qəribə hisslərlə yazıram bu yazını. Sevinirəm. Düşünürəm. Düşünürəm ki, azərbaycanlı olub özünü kişi hesab edənlər kimdir?  Indi danışacağım hadisədəki kişinin ya azəri olmaması gərək, ya da azərbaycanlılara görə azəri olub kişi olmaması. Qısası "peysər”. Iki il bundan öncə telefonuma qrup yoldaşım, milliyətcə türk  olan Mehmetin  nömrəsindən bir qız zəng elədi. Aramızda, təxminən, belə bir dialoq alındı: - Siz kimsiniz?
- Sizə kim lazımdır ki?
- Yox, mən bilmək istəyirəm, sən kimsən!
- Məncə, bu, Mehmetin nömrəsidi, amma sizi tanımıram, xanım.
- Niyə bu nömrəyə mesaj yazırsan?
- Bilmək olar, siz kimsiniz? Mən özüm bilərəm, nə yazıram, nə ilə əlaqədar yazıram və niyə yazıram.
- Az, indi sən deməyəcəksən kimsəəən?!
- .....

Xanımın söhbəti uzadacağını  təxmin edib, ləçərlik dolu kobudluğuna görə dəstəyi asdım. Mehmetə, o qızın zəngindən bir neçə gün əvvəl yazdığım mesaj isə dərsə gəlib gəlməyəcəyi barədə sualdan ibarət idi, cünki  artıq aylardı, dərsə gəlmirdi və qrup nümayəndəsi kimi müəllimlərin suallarını cavablandıra bilmirdim. Bu hadisəni unutdum. Xeyli müddət sonra   Mehmet mənə zəng vurub universitetə gəldi və səbəb olduğu narahatlığa görə məndən  üzr istədi. Yəqin ki, sonradan telefonundan vurulan zəngdən xəbər tutub. Təbii ki, xanımın kimliyi ilə maraqlanmadım. Universiteti bitirənə yaxın  Mehmeti təsadüfən yolda  gördüm, hal-əhval tutdum və məlum oldu ki, onu imtahanlardan kəsiblər, rüşvət istəyirlər, o isə işləyir, dərsə gəlmir və s.

Bir az təşvişli göründüyündən nə baş verdiyini soruşdum.  Həyacanla "başım belada” dedi. Nə isə ciddi, pis bir şeyin baş verdiyini zənn etdim. Amma sən demə... Bütün fakültədə Mehmetin ünsiyyət saxladığı yeganə adam mən idim və münasibətlərimiz səmimi olduğundan "o sənə zəng edən qızla yaşayıram, çox qısqancdır, bəladır, bəla” deyə emosional cavab verdi. Telefonu açıb  "budur o” deyə göstərdi. Xanım gənc, ağbənizli, incə biri olsa da, qaşları qırxılmış, tatuajla alnının ortasına qədər qaldırılmış, dodağı isə silikondan alnının yarısı boyda  idi. Görünüşü,  işəçıxma öncəsi salonlarda özünə əl gəzdirən fahişələrə bənzəyirdi. Baxdım Mehmetin üzünə ki, bəs...

- Hə elə idi, amma artıq deyil.
- Mən burda pis bir şey görmürəm, ancaq pullarını yaxşı yerdə gizlət. Indi etibar etmək olmur, xüsusilə bələd olmadığın birinə- dedim.
- Elə edirəm.

Danışdıqlarından anlaşıldı ki, "o” dediyi  gənc xanım küçə qadını imiş.  Demək olar ki, heç kəsi yoxdur.  Fahişəliklə pul qazanırmış, Mehmet isə onu evinə gətirib və onunla birgə yaşayır. Mehmet işə gedir, qız da ev işlərilə məşğul olur və özü demiş "karı-koca” kimi mehriban yaşayırlar. Lakin qadın qısqanclıqdan ona gün vermir. Mehmet  isə uşaq kimi onun nazıyla oynayır, xanım kimi davranır, mehriban münasibət bəsləyir və əlbəttə ki, ona keçmişini xatırlatmır. Həmin anda anladım ki, o vaxt mənə gələn təşviş dolu telefon zənginin səbəbi Mehmeti itirmək qorxusu idi. Möcüzə ilə başa gəlmiş, yuxu kimi görünən xoşbəxtliyi itirmək qorxusu,  bu ölkədə əlçatmaz olan qadın xoşbəxtliyini itirmək qorxusu... Əslində o, çox şey istəmirdi. Bəlkə də istəkləri hər kəsdən daha az idi. Qəbul edilmək, əfv olunmaq, kiminsə həyatının dəyərli parçasına çevrilmək. Qadın olmaq, sevilmək, həyatın onu tulladığı çirkinliklərdən qorunmaq, yaşamaq. Bu qədər sadə...

Bir anlıq təsəvvür etməyə çalışdım ki,  belə bir həyatı Azərbaycan kişisi yaşayır. O, evə gəlir, üzündə əcaib, acıqlı, qeyrətsizlikdən əziyyət çəkən bir ifadə ilə sevinclə ona qapı açan fahişənin üzünə baxır, ayaqqabısını şəstlə soyunur, içəri keçir, minnətlə fahişənin almağı tapşırdığı ərzaqları vızıldadır üstünə və stola da bir təpik vurur:  "It balası,  mənə yemək gətir!” Yeməkdən sonra,  məsələn, televizora baxarkən  qızın keçmişini bir neçə dəfə, guya, zarafatla yada salır, onu hardan çıxartdığını, onsuz küçələrdə olacağını dönə-dönə xatırladır, təhqir edir, alçaldır və bunu "əslində belə də olmalıdır” deyə böyük zövqlə edir. Bir azərbaycanlının qadına, daha dəqiq desək, fahişə qadına davranışının mahiyyəti bundan ibarətdir yalnız. Amma soruşan yoxdur ki, onlar  bu vəziyyətə istəyərək düşüblər?! Deyən yoxdur ki, 18 yaşı tamam olan kimi uşaq evlərinin qapılarını açıb onları bu vəhşi həyatın, amansız qanunların qoynuna tullayırlar. Kimsəsiz qızcığazlar, çarəsiz, ana-atasız yavrular...

Xanımı xanım etməyi hər kəs bacarar, lakin fahişəni xanım eləmək hər kəsin işi deyil. Heç kəs əyilib zibillikdən bir şey götürmək istəməz və ya istəsə belə, onu təmizləmək istəməz. Sonuçda ad zibillikdəndir.  Nə qədər qəşəng olursa olsun, nə qədər gözəl xasiyyəti və daxili aləmi olursa olsun və ya düşdüyü yola görə günahsız olsa da, son nəticədə adı fahişədir. Fahişələr çoxdur. Növləri də çoxdur. Fiziki olaraq mən onlara qadın kimi baxıram və mənəvi tərəfləri mənə önəmlidir. Tənbəllikdən peşə könüllülərini bu siyahıdan çıxıram və onları mənəvi fahişələrə aid edirəm. (Vəzifədən ötrü min bir hoqqadan çıxıb yaltaqlıq edənlər də fahişələrdir.) Lakin Mehmet kimi o qadını küçədən tapıb, təmizləyib, "sutenyorlardan” xilas edib, müqəddəsləşdirməyi  hər kişi bacarmazdı.

Müqəddəs demişkən, Məhmətlə yenə bu səhər təsadüfən görüşəndə  öyrəndim ki, o qadın ona qız övladı bağişlayıb. O da qadını götürüb və buranı tərk edib.  Necə deyərlər, öz dədə-baba yurduna qayıdıb, orda bütün ailəsi ilə birlikdə  yaşayacaq. Bunu deyərkən onun gözlərindəki işığı görsəydiniz?! Uşaq insanı beləcə işıqlandırır, dəyişir. Dünyanın ən pis, ən murdar  insanı belə kiçik, köməksiz körpəyə laqeyd qala bilmir. Dünyanın ən çirkin, ən murdar, ən iyrənc, ən əxlaqsız qadını belə  dünyaya körpə gətirdikdən, yeni həyata can verdikdən sonra ən gözəl, təmiz, saf və müqəddəs varlıqdır. Kim bilir, o qadının qarşısına Mehmet çıxmasaydı, indi haralarda idi, nə edirdi və necə əzab çəkirdi? Ona dünya necə üfunətli və qaranlıq görünürdü? Indi heç kəs ona fahişə deyə bilməz. O bir mələkdir!

P.S. Mehmet isə "peysər” dir.

Monday, 06 September 2010 14:35 Gulara Azimzadeh

Категория: Репортаж | Просмотров: 211 | Добавил: Elf | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
«  Октябрь 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Архив записей
Наш опрос
Что вы думаете по поводу слухов о продаже острова Артем??!
Всего ответов: 49
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100