Гость, спасибо за визит! Сегодня: 01.07.2025, Вт, 18:30   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0
 Репортаж
Главная » 2010 » Февраль » 8

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

ALLAHIN ÜMİDİNƏ QALAN PİRALLAHI
18:58

Reportaj

ALLAHIN ÜMİDİNƏ QALAN PİRALLAHI

Qəsəbədə keçirdiyimiz bir günün hekayəti...

Artyom Xəzər dənizində yerləşən ən böyük adalardan biridir. Adanın sahəsi 48000 kvadrat kilometrdir.1925-ci ildə adaya bolşevik inqilabçı Artyomun adı verilsə də, Azərbaycan müstəqillik qazanandan sonra əvvəlki adı - Pirallahı özünə qaytarılıb. Əvvəllər Pirallahı ilə Abşeron yarımadası arasında quru yolu olmayıb. Neftçilər adaya kater və gəmilərlə gedib-gəliblər. 1939-cu ildə hökumət tərəfindən layihə hazırlanmış, beş il sonra körpünün inşası tam başa çatmışdır. Pirallahı sovet kinematoqrafçılarının diqqətini həmişə çəkib və bir çox filmlərdə ada insanlarının həyatı neftçilərlə bərabər işıqlandırılıb. Şəhərin tüstü-bürküsünün can sıxdığı, qəzetlərin mövzu qıtlığı keçirdiyi bir vaxtda biz də Pirallahıya üz tutduq. Qərib bir adaya...


50 saylı marşrut

«Əzizbəyov» metrosunun yaxınlığındakı dayanacaqdan 50 saylı marşruta mindik və təxminən bir saat sonra adanın mərkəzinə çatdıq. Qeyd edək ki, 50 saylı marşrut adaya gedən yeganə iritutumlu avtobusdur. Metrodan Pirallahıya gedişhaqqı 80 qəpikdir. Uzun müddət gedişhaqqının bahalığından şikayətlənən ada sakinləri artıq bu durumla barışıblar...
Bizi aparan avtobusun sonuncu dayanacağında düşürük. Jurnalist olduğumuzu və ada sakinlərinin həyatından reportaj hazırlamaq istəyimizi öncə sürücülərə deyirik.
Bizi adaya gətirən Şakir adlı sürücü sözə şikayətlə başlayır: "Gün ərzində 510 kilometr yol sürürük. Hər gün 60 litr benzin işlədirik. Hər gün 180 manat plan verməliyəm. Amma bir reysə 14 manat pul yığa bilmişəm. Gün ərzində şəhərə 4 dəfə gedib-gələ bilirik. İstirahət vaxtı olduğundan sərnişinlərin sayı kəskin aşağı düşüb. Axşama planı doldura bilməyəndə cibimizdən veririk".
Adanın girəcəyində neftçiləri Xəzərdəki digər adalara aparan katerlər dayanıb. Adanın içərisinə doğru irəliləyirik. Pirallahıda bir əsas avtomobil yolu var. Bakı hava limanı ilə ada arasında məsafə cox olmasa da, yollar hamar deyil. Biz adada olanda şəhərlə birləşən körpü üzərindəki yola yamaq vurulurdu...
Kanalizasiya sularının üfunətinin və zibilliyin baş alıb getdiyi bir ərazidəyik. Öyrənirik ki, burada əvvəllər göl olub: «Adanın zibilliyini bura köçürdülər. İlkin olaraq gölü qurudub zibillik etmək istəyirdilər. Amma indi bura kanalizasiya suları da axıdılır».
Diqqətimizi zibilliyin yanındakı uçuq birmərtəbəli bina çəkir. İlkin görüntüdən burada hansısa idarənin yerləşdiyini güman etməsək də, öyrənirik ki, bura yerli qaz idarəsinin binasıdır. Amma qaz idarəsinin işçiləri içəri keçməyimizə icazə vermirlər. Nahar fasiləsi olduğundan idarə rəisi ilə də görüşə bilmirik...

Ada sakinləri içməli su sarıdan əziyyət çəkirlər

Adada içməli su problemi var. Ada sakini Rövşən Əliyev içməli suyun maşınlarla Zirədən gətirildiyini dedi: "Evdə işlətmək üçün Zirədən su kəməri çəkilib.Amma su şordur. Ayda bir dəfə su krantı dəyişirik.Həmin su ilə paltar yusaq da, qab yumaq olmaz. Amma məcburiyyət qarşısında qabları yuyuruq. Təəssüf ki, bura gətirilən içməli su da duzludur".

Bəs içməli su adada neçəyə satılır?

Rövşən deyir ki, maşınla gətirilən suyun qiyməti cibə uyğundur: «10 litrlik qabı doldurmaq üçün 20 qəpik veririk.
Su gəlməyəndə susuz qalırıq. Adaya içməli su çəkilsəydi yaxşı olardı».

Rövşən bəydən adanın adının mənasını soruşduq.
O bildirdi ki, rus və erməni xəritələrində adanın adı «Müqəddəs Mələk» kimi qeyd olunub: «Əvvəllər burda çoxlu pirlər olub. Amma sovet dönəmində hamısını dağıdıblar. İndi də bir yarımçıq tikili məscidimiz var.
13 ildir ki, tikintisini başa vura bilmirik».


Pirallahılılar 12 ildir ki, məscidin tikiləcəyini gözləyirlər

Adada tikilən məscidə də baş çəkdik. Məscidin nəzarətçisi Rüstəm Hacıyev: «Məscid 1997-ci ildən tikilməyə başlayıb.
Amma inşaat işlərini başa çatdıra bilmədik.Dini komitə məscidin tikintisini dayandırdı.Yeni layihə hazırlansa da, məscidin tikintisi üçün büdcədən maliyyə vəsaiti ayrılmalıdır. Maliyyə böhranını bəhanə edib tikintini dayandırdılar. 12 il əvvəl böhran var idi?»
Məscid tikintisi başa çatmasa da, həyətdə kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz qılmaq üçün otaqlar var.
Amma bu otaqlar bura gələnlərə kifayət etmir.Ona görə namaz qılmaq üçün kirayə çadırlar sifariş etməyə məcbur olurlar.
Məscid inşasının yarımçıq qalmasının digər bir səbəbini də sakinlərdən duyduq: «Bu məscid qibləyə doğru tikilməyib.Niyə 25 min əhalisi olan Pirallahıda bir məscid də yoxdur?». Məscidin tikintisinin cəncələ düşməsini vəhhabi təhlükəsi ilə əlaqələndirənlər də oldu: «İki il öncə buranın sakini polislərlə münaqişə zəminində qumbara atsa da, partlamadı. Bundan sonra ona 8 güllə vurdular.
Bu hadisədən sonra bizə dedilər ki, hökumətdə adada vəhhabilərin sayının artması ilə bağlı məlumat var.
Ona görə terror təhlükəsinin ola biləcəyini düşünərək məscidin tikintisinə imkan vermədilər»


Şəhərdən Pirallahıya... ölü basdırmağa

Ada sakinləri deyirlər ki, vəfat edən şəxsi Pirallahıda basdırmaq sərfəlidir. Şəhərdə ölünü basdırmaq 1000 manata, burda isə 60 manata başa gəlir. Hətta şəhərdən ölüsünü bura gətirib basdıranlar da var. 20 il burada qəbiristanlıq olmayıb. Ada sakinləri ölülərini Zirədə dəfn edib.İndi isə torpağın qiymətinin qalxması səbəbindən şəhərdən ölülərini burada dəfn edənlərin sayı artıb.
Adada namaz azanının verilməsi üçün səsgücləndirici də yoxdur. Ada sakini Rüstəmin dediklərindən: "Ona görə məcbur olub maqnitofondan istifadə edirik. Amma onun səsi ancaq yaxın ərazilərə yayılır. Adanın o başında yaşayanlar burada azanın verildiyini duyanda təəccüblənirlər. İndi səsgücləndirici almaq üçün pul yığırıq. Məqsədimiz Ramazan ayı girənə qədər 2 km-ə qədər səs yaya biləcək səsgücləndirici almaqdır".
Yerli sakinlərlə söhbət zamanı o da məlum oldu ki, adanın kanalizasiya sistemi iflic vəziyyətindədir. Biz də adada olarkən bütün yol boyu kanalizasiyanın üfunət iysinin adanı bürüdüyünün şahidi olduq.Ada sakinləri neçə illərdi problemin həlli üçün müvafiq qurumlara müraciər etsələr də,onlarin dərdinə əlac edən yoxdur.

Qəsəbədə Əzizbəyov Rayon Təhsil Şöbəsinin nəzdində 4 məktəb, Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan 4 uşaq bağçası fəaliyyət göstərir. Bir neçə gün öncə ANS televiziyasının «İç xəbər» proqramında qəsəbədə yerləşən bağçalarda qiymətlərin artırılacağı barədə məlumat verilmişdi. Həmin materialda bildirilirdi ki, adada Təhsil Nazirliyinin nəzdində olan bağça yoxdur. Şirkətə məxsus bağçalarda qiymətlərin 100 manata qədərə artırılacağı xəbəri ada sakinlərinin ciddi narazılığına səbəb olmuşdu. Söhbətləşdiyimiz sakinlərdən bəziləri problemin müsbət həll olunduğunu desələr də, bu məsələnin açıq qaldığını da söyləyənlər oldu.
Biz də həmin bağçalardan ikisinə baş çəkdik. Əldə etdiyimiz məlumata əsasən, bağçalarda qiymətlərin artırılacağına artıq rəsmi reaksiya gəlib. Məsələ yerli sakinlərin xeyrinə həll olunub. Əlavə edək ki, bu bağçalarda uşaqların saxlanılması üçün valideynlər 40 manat ödəyirlər. Amma doğrusu, bağçanın binasının görünüşü burada uşaqlara xidmətin bu məbləğə uyğun olmadığını göstərirdi.
Məlumat üçün qeyd edək ki, Dövlət Neft Şirkətinin balansında olan bağçalarda adambaşına qiymətlərin 100 manat qaldırılacağı məsələsi yeni deyil. Belə ki, hələ ötən il ARDNŞ-nin Sosial Təminat İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Cəfərov bu ilin yanvarından qiymətlərin artırılacağını bildirib: «Qeyri-neft sektorunda çalışanların övladları üçün ödənişlər 100 manat olacaq. Vətəndaşların aztəminatlı təbəqələrinin yaşadığı şəhərətrafı qəsəbələrdə isə bu qərar sentyabrdan qüvvəyə minəcək». O, qiymətlərin artma səbəbləri barədə də açıqlama verib: «Əslində bu bağçalar neft sənayesində çalışanların övladları üçün nəzərdə tutulub. Burada yenə qeyri-neft sektorunda çalışanlar üçün güzəşt edilir. Bir neçə ay bundan öncənin hesablamalarına görə hər bir uşağın saxlanma xərcləri 188 manatdır. Demək, ARDNŞ onlara 88 manat güzəşt edir».
Şirkət rəsmisi dövlət bağçalarına nisbətən ARDNŞ-nin balansında olan bağçaların daha yaxşı şəraitdə olduğunu da deyib. Təhsil Nazirliyinin əməkdaşı Məlahət Müştaqova deyib ki, onlar nazirliyin balansında olmayan bağçalarda qiymətlərin artırılmasına qarışa bilməzlər: «Hələlik nazirliyin yeni bağçalar açmaq planı yoxdur Çünki vətəndaşlar uşaqlarını dövlət baxçalarına göndərməyə meylli deyillər. Halbuki nazirliyin balansında olan bağçalar pulsuzdur».
Bax belə. Biz bir günümüzü Pirallahı sakinləri ilə birgə keçirdik. Yuxarıda sadalanan problemlər isə cəmi bir neçə saatda araşdıra bildiklərimiz idi. Sözsüz ki, bu, problemlərin yalnız az bir qismidir.Amma adadan heç olmasa gördüyümüz problemlərin həll olunması ümidilə dönürük...

Leyla İLQAR, Nailə RÖVŞƏNQIZI

Категория: Репортаж | Просмотров: 460 | Добавил: Leyla | Рейтинг: 4.0/1 |
Всего комментариев: 1
1 Dagistanka  
0
ey artom artom dewet korlanmisan

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2025
Форма входа
Календарь
«  Февраль 2010  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
Архив записей
Наш опрос
В какой школе вы учитесь (учились) ?
Всего ответов: 884
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100