 |
Статистика |
 |
|
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
 |
|
 |
|
 |
"Özkaya Group”un prezidenti cənab Osman Gezeker 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzinin "70” illik yubley tədbirində iştirak etmişdir.
Şübhəsiz ki, cəmiyyətdə uşaqlara qayğı, onların diqqətdə olması cəmiyyətin sivilizasiya dərəcəsini göstərir. Ulu öndər Heydər Əliyev gərgin iş proqramı ilə bərabər, vaxt tapıb uşaqlara qayğı, diqqət yetirirdi. Bu siyasi kursun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə 2009-cu il Azərbaycanda Uşaq ili elan olunmuşdur. Bu çərçivədə ölkəmizdə xeyli tədbirlər keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, bir neçə beynəlxalq təşkilatların təmsilçisi Mehriban Əliyeva həmişə uşaqlara, onların durumuna, Azərbaycan uşaqlarının cəmiyyətdə tərbiyəsi və böyüməsi məsələlərinə çox böyük diqqət göstərir. Azərbaycanın ən ucqar yerlərində də həmin qayğının təzahürlərini görürük. Bu qayğı Azərbaycan cəmiyyətinin gələcəyinə göstərilən qayğıdır.
Təsis olunduğu gündən "Özkaya Group” kommersiya fəaliyyəti ilə yanaşı, cəmiyyətin ayrı-ayrı təbəqələrinin üzləşdiyi bir çox problemlərin həllinə yardım istiqamətində də uğurlu proyektlər həyata keçirib və bu kimi fəaliyyəti bu gün də davam etdirir.Azərbaycanımız gələcəyi hesab olunan uşaqlara, yeniyetmələrə və gənclərə böyük önəm və dəyər verirən və onlara Ulu Öndərimizin bizlərə əmənəti kimi baxan "Özkaya Group” həyata keçirdiyi sosial yönümlü layihələrdə yeniyetmə və gəncləri diqqət mərkəzində saxlayır. Ötən ilin sonlarından başlanan davamlı layihələrimiz bu il də möhtərəm prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2009-cu ilin Uşaq İli elan edilməsindən sonra da davam edib.
2008-ci ilin dekabırında "Özkaya Group”un prezidenti cənab Osman bəyin təşəbbüsü və maliyyə dəstəyi ilə Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birlikdə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsini, 1 İyun Uşaqları Müdafiə Günü ilə əlaqədar şirkətin Talassemiyalı uşaqlar üçün qan vermə aksiyası keçirməsi bunun əyani sübutudur.
Bundan başqa "Özkaya Group” və onun rəhbəri cənab Osman Gezeker uşaq, yeniyetmə və gənclərə yönəlik tədbirlərdə şəxsən iştirak etməyə çalışır. Bu qəbildə olan növbəti tədbir isə dekabrın 22-sində Pirallahı qəsəbəsndə yerləşən 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində baş tutdu.
Tədbirdə çıxış edərək: "Uşaqlar bizim sevincimiz, qürur mənbəyimiz və gələcəyə ümidimizdir. Uşaqlarla maraqlanıb onu min bir məşəqqət və məsuliyyətlə (Allahın bir əmanəti olması düşüncəsi ilə) böyüdərsənsə o həm səni, həm də boya-başa çatdığı vətənini, obasını sevindirər, layiqli bir övlad olar.”- deyən Osman Gezeker fikirlərini belə davam etdirdi: "Mən "Özkaya Group”un rəhbəri olaraq ikinci
...
Читать дальше »
|
|
|
 |
Copyright Pirallahi WEB.Co © 2025 |
 |
|
|