Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 12:32   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
 Репортаж
Главная » 2011 » Март » 1

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Qadın ailənin dayağıdır
10:34
Həyat hekayəsi

O hər səhər tezdən oyanır, eyvana çıxaraq dağların arxasından günəşin doğuşunu, günəşin qızılı şəfəqlərinə bürünən təbiətin oyanışını göz dolusu seyr etməkdən doymur. Həyatında başlanan hər yeni bir günü tanrıya minnətdarlıqla, şükranlıqla qarşılayır. O həyatı sevdiyini bildirir, acısıyla, şiriniylə, sevinciylə, kədəriylə. Həyatda qarşılaşa biləcəyi bütün çətinliklərə hazır olduğunu dəfələrlə ifadə edib. O bilir ki, həyatın  şirinliyi olduğu kimi sərt üzü də var. İnsan həyatın sürprizlərinə  həmişə hazır olmalıdır. Bir də, tanrıya şükür edir ki, onu belə gözəl bir diyarda xəlq edib.

O öz yurdunu, elini-obasını qəlbən sevir, təbiəti min-bir çiçək, bar-bərəkət yetirən doğma kəndindən, şəhərindən  ayrı özünü təsəvvür edə bilmir. Beləliklə, həyata, onun sərt üzünə təslim olmayan, bu gün qaynar bir iş həyatı yaşayan, öz əzmi ilə irəliləməyi bacaran, başqalarına nümunə olacaq bir həyat yolu keçən  Xaccey Ramazanova haqqındakı qeydlərimi kiçik sərlövhələrlə oxucuya çatdırmağı daha məqsədəuyğun saydım. İnanıram ki, ətrafımızda belə həyat hekayələri olan onlarla qadın var.

Şirin xatirələr

Zaqatala rayonunun Yuxarı Tala kəndində doğulub boya-başa çatan Xaccey həyat yoldaşı Musa ilə rastlaşanda hiss etdi ki, məhz onu xoşbəxt edəcək insan budur. Bu belə də oldu. Birgə yaşadıqları 10 ildə maddi durumu bu gün nail olduğundan qat-qat aşağı olsa da, özünü xoşbəxt sanırdı. Sürücü işləyən ərinin yolunu səbirsizliklə gözləyər, bütün ailə, - qaynana, qaynata, hələ o vaxtı ailə həyatı qurmayan baldız, qayın birlikdə süfrə başına əyləşər, günlərin necə keşdiyini hiss etməzdilər. Musa ailənin böyük oğlu olduğundan bütün ailə əl-ələ verib ona ayrıca ev də qurur. Ev tam hazır olmasa da onun bir otaq və eyvanını tamamlayaraq gənc ailəni öz mənzillərinə köçürürlər. Şahin, Şəhla və Poladın bu gənc ailəyə gətirdiyi övlad sevinci də bitib tükənmirdi. Bu gənc ailə hələ onları gözləyən sarsıntıdan xəbərsiz öz kiçik dünyalarında öz şirin həyatlarını yaşayırdı. Ətrafda isə gərgin hadisələr yaşanır, dünya dəyişir, köhnə sovet quruluşu süquta uğrayır, iş yerləri bir-bir bağlanırdı. Qarabağ hadisələri, torpağa tapşırılan şəhidlər bütün cəmiyyətin əsəblərini ən gərgin nöqtəsinə çəkmişdi.  Ötən əsrin 90-cı illərinin gərginlikləri bu gənc ailədən də yan keçmədi. Köhnə dağılmış, yeni isə təşəkkül tapmamışdı. Artıq iş tapmaq müşkül bir məsələyə çevrilmişdi.       Müsahibim fikrə gedərək bu yerdə söhbətinə bir an ara verir və dərindən köks ötürərək belə deyir:

- Mən həmişə aza qane olan bir insan olmuşam. O illər mən də işləyirdim. Ali, yaxud orta ixtisas təhsili almasam da orta məktəbdə yaxşı oxumuşdum. Ədəbiyyata da marağım çox olub. Yerli radio verilişləri redaksiyasında makinaçı işləyirdim. Oradakı yaradıcı mühit mənə çox şey öyrətmişdi. Bəzən yazılara öz münasibətimi bildirirdim və bu, çox müsbət qarşılanırdı. Aldığım məvacib çox olmasa da, hər halda ailə büdcəmizə kömək idi. Mən doğma insanları itirməyin acısını dadmışdım. Atamı qəfil itirdiyim vaxt onun hələ 50 yaşı tamam olmamışdı. Onun heç ili tamam olmamış anam bu itkiyə tab gətirməyərək dünyasını dəyişdi. Onların arasında çox dərin sevgi telləri var idi. Bu sevginin ifadə forması indiki gənclərin anladığı kimi deyildi. Bunu təsvir və təsəvvür etmək çox çətindir. Mən onların itkisi ilə barışa bilmirdim. Sən demə hələ bu başlanğıc imiş. Və birdən ailəmin başı üstündən talenin elə sərt küləyi əsdi ki, bir müddət hətta, ağlımı itirəcək hala gəldim. Sanki həyat mənimçün bitmiş, tükənmışdı. Yaşamaq həvəsim büsbütün ölmüşdü.

Mən onu itirdim

Bu gənc qadını talenin çox ciddi sınaqları gözləyirmiş. 10 illik birgə yaşadıqları həyat nağıla çevriləcəkmiş. Ərinin hərdən "ürəyim ağrıyır” deməsi heç də zarafat deyilmiş. 1993-cü ilin soyuq payız gecəsi o qəfil ürək tutmasından dünyasını dəyişdi. Xacceyin dedikləri:

- İşdən gəldi. Bir az özünü yorğun hiss etsə də, başqa şikayəti olmadı. Gecə saat 4-də məni səsləyərək özünü pis hiss etdiyini dedi. Hər şey o qədər ani baş verdi ki, mən özümə gələndə artıq yas mərasimi idi. Və mən 3 körpə uşaqla tək qaldım. Ən acısı da o idi ki, ərimin ölümündən sonra bu itkiyə tab gətirməyən qaynanam və qaynatam da çox qısa müddətdə dünyalarını dəyişdilər. Mən artıq mənə arxa, dayaq ola biləcək, 3 körpə balamla sığına biləcəyim insanların hamısını itirmişdim. 90-cı illər elə ağır zamanlar idi ki, kimdənsə maddi dəstək umaraq yaşamaq mümkün deyildi. Maddi çətinliklər demək olar ki, bütün ailələrdə var idi. Mənimçün hər şey çətin idi. Çünki, mən həqiqətən "ev qadını” olmuşam. Dükan-bazar nədir bilməzdim. Heç evə çörək belə almamışdım. Sən demə, həyat insana hər şeyi öyrədir, öyrənməyə məcbur edir.

17 ilin dərsləri

Həyat həqiqətən mübariz olmağı sevir. Həyat heç də eşitmək istədiyimiz şirin nağıl deyil. Bu nağıl istədiyi vaxt bitir və səni həyatın çətinlikləri deyilən bir əjdahanın cənginə atır. Bu cəngdən qələbə ilə çıxmaq hər insanın işi deyil. Xüsusən, o insan gənc ana ola. Bir ananın övlad böyütmə qayğıları o qədər çoxdur ki, o ki ola, evdən kənar problemləri də sən yerinə yetirmək məcburiyyətində qalasan. Xaccey bu mübarizəyə başladığı ilk illəri belə xatırlayır:

- Mən ailəmin dolanışığı üçün bir yol tapmalı idim. Çünki aldığım cüzi maaşla dolanmaq mümkün deyildi. Mənə mənəvi dəstək olan insanlara çox minnətdaram. Ona minnətdaram ki, ətrafımda daim belə insanlar olub, mənə məsləhət verib, yol göstəriblər, məni ruhdan düşməyə qoymayıblar, məndə özümə inam hissini aşılayıblar. İnanın, bu çox vacib amildir. İlk açdığım dükan evimin həyətində olub. Mən ilk dəfə Cəlilabada  gedib mal gətirəndə (o illərdə İran malları Cəlilabada gətirilirdi) keçirdiyim həyəcanı, qorxunu heç unutmuram. Borc götürmüşdüm, qorxurdum ki, uğursuzluğa düçar olaram, borc da boynumda qalar. "Hər insanın bir allahı var, allah öz bəndəsini heç vaxt tək qoymaz” ifadəsinə çox inanıram. Sərbəst olaraq ticarətlə məşğul olmaq bir baxışdan asan görünə bilər, lakin onun dəyişməz qaydalarına əməl etməsən, elə ilk addımındaca uğursuzluğa düçar olacaqsan. Sadə dillə desəm, haqq-hesabın həmişə düzgün olmalı, nə alıb-satdığını bilməlisən. Qəhrəmanımla ona məxsus geniş geyim mağazasında söhbət edirəm. Buradakı mallar Türkiyədən gətirilir. Türkiyənin məşhur tekstil firmaları ilə işləyən Xaccey xanımın artıq öz müştəriləri var. Bir çox suallarıma verdiyi cavablar maraqlı idi.

- Bütün bunları necə bacardınız?

- Müəllimim həyatdır. Mən həyat məktəbi keçdim və onun dərslərindən öyrəndim. Qarşıma belə bir məqsəd qoymuşdum ki, övladlarıma atalarının yoxluğunu hiss etdirməyim. Onlar heç kəsə möhtac olmasınlar. Elə buna görə də, vaxtımı çətinliklər barədə danışmağa yox, onları həll etməyin yollarını axtarmağa sərf etdim. Sanıram ki, səhv etməmişəm. 17 ildə öyrəndim ki, ticarət dürüstlüyü sevir. Bədxərcliyi sevmir. Müxtəlif illərdə müxtəlif malların satışı ilə məşğul oldum. Lakin sonra öyrəndim ki, konkret bir malın satışında ixtisaslaşsan, alıcın daha çox olar. Bu işin öz incəlikləri var. Alıcıların tələbatını, zövqünü tutmağı bacarmalısan. Yoxsa, ziyana çox gedərsən.

- Bir qadın kimi, ən çox nədən əziyyət çəkirdiniz?

- 17 il əvvəl bu günki kimi deyildi. İnsanlar bir qadının, özü də dul qadının belə işlə məşğul olmasına alışıq deyildilər. Ən çox dedi-qodudan ehtiyat edirdim. Çünki mənim üçün ləyaqətim həmişə öndə olub. Şəxsiyyətimi qorumağa çalışmışam.

- Yenidən ailə həyatı qurmaq barədə düşünməmisinizmi?

- Yox, bu barədə heç vaxt düşünməmişəm. 3 övladı olan anaya bunu heç vaxt yaraşdırmamışam. İki oğlum, bir qızım var, onların könlünün qırılmasına razı olmaram. Övladlarım məni həyata bağlayan yeganə qüvvədir. Əldə etdiklərimə məhz bu qüvvə sayəsində nail olmuşam. Ən çətin anlarımda, həyatdan bezdiyim vaxtlarımda məni həyata onların məhəbbəti qaytarıb. Düşünmüşəm ki, onları tək və çarəsiz qoymağa haqqım yoxdur.

- Bildiyimə görə çox da əliaçıqsınız?

- Bu işə başlayıb uğursuzluğa düçar olan, bütün vəsaitini itirən bir çox insanlar var. Bizim cəmiyyətimizdə iş qurmaq o qədər də asan deyil. Bu işdə qismətin gətirməsinə də inanmaq lazımdır. Nə qədər zəhmət, əziyyət çəksəm də, düşünürəm ki, qazancım allah-təalanın mənə olan bir iltifatıdır. Əgər Allah-təala mənə bunu qismət edibsə, niyə qazancımın fitrə-zəkatını verməyim? Ətrafımızda bir çox köməyə möhtac insanlar var. Onları unutmaq olmaz.

- Sizin vəziyyətinizə düşən hər kəs bu yolu gedə bilərmi?

- Desəm ki, bilər, bəlkə səhv etmiş olaram. Bu işə mənim başladığım vaxtın öz çətinlikləri vardı, indinin öz çətinlikləri. Öz şəxsi bizneslərini quran onlarla qadın tanıyıram, işlərini bacarıqla idarə edirlər. Biz həmrəyik, bir-birimizlə sıx əlaqə saxlayırıq, bu da işlərimizi irəliyə aparmağın vacib şərtlərindəndir. Bəzən elə olur ki, müxtəlif şəraitlərdə bir-birimizin mənafeyini müdafiə edirik. Çünki biz qadınıq.

-  Həyatda ən böyük nailiyyətiniz nədir?

- Təbii ki, övladlarımı böyütməyim. Onları alnıaçıq, üzü ağ böyütdüm. Artıq qızımı ərə vermişəm. Bir nəvəm var. Qızım ali təhsilli ingilis dili müəlliməsidir. İki oğlum əsgəri xidmətini yerinə yetirib. Kiçik oğlum sülhməramlı qüvvələrin tərkibində Kosovoda olub. İndi onlar hər ikisi müstəqil bizneslərini qurublar. Bu işdə onlara yaxından kömək etmişəm və yenə də nəzarət edirəm. Valideyn gərək uşağını nəzarətsiz qoymasın. Xüsusilə, oğlanların məşğulluğuna ciddi fikir verilməlidir. Hər cür hadisə baş verə bilər. İşsizlik gəncləri məhvə aparan birinci səbəbdir. Həyat yoldaşım dünyasını dəyişəndə evimin bir otağı hazır idi. İndi evimi tam təmir etdirmişəm, ailəm üçün lazım olan hər cür şəraiti yaratmışam. İndi hər şeyimiz var, yalnız o yoxdur. Yıxılmadım, ayaqdayam!

Müsahibimin söhbətimizin sonunda bu sozləri söyləyərkən gözlərindəki qüruru, məğrurluğu, iradə möhkəmliyini duyduğum kimi, eyni zamanda, gözlərinin dərinliyində gizlənən və onun məharətlə gizlətməyə çalışdığı kədəri, arxada qoyduğu illərin yorğunluğunu da görə bilirdim. Çünki bu gülərüz, şən və mehriban baxışlı qadının zərif çiyinlərinə vaxtsız həyatın ağır yükü, 3 körpə balasını tək böyütmək vəzifəsi düşmüşdü. Həyatından çox sevdiyi insanın yoxluğunun acısı isə bu illər ərzində bir an belə onu tərk etməmişdi. Nə etmək olar? Bu - həyatın özüdür. Onun reallıqlarıdır. Bu reallıqlarla qarşılaşdığın zaman gərək ona qarşı dayanmağı bacarasan, qəhrəmanım kimi.

Категория: Репортаж | Просмотров: 153 | Добавил: Aida | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
«  Март 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Архив записей
Наш опрос
Что вы думаете по поводу слухов о продаже острова Артем??!
Всего ответов: 49
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100