Гость, спасибо за визит! Сегодня: 21.09.2024, Сб, 13:58   | Время года: Осень |
pirallahi.org - Сайт о-ва Pirallahi (о-в Артем) pirallahi.org
Главная Регистрация Вход
Приветствую Вас, Гость · RSS
Меню сайта
News
Юмор
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
 Репортаж
Главная » 2011 » Март » 2

Новости [130] Репортаж [75] Хроника [21] Позитиф) [17]
Происшествия [6] Экономика [13] Здоровье [43] На заметку [33]
ШоубиЗ [34] Праздники [11] Винигрет [37] Креатив [15]

Özü yıxılan ağlamaz
12:24
Mən hər dəfə onunla rastlaşanda gözlərində kədər, baxışlarında məyusluq, davranışlarında peşimançılıq hiss edirdim.Yaşca məndən böyük olan müəlliməmdən bunun səbəbini soruşmağa risq etmirdim. Suallarımın onda narahatlıq doğuracağını düşünürdüm. İmtahanlar yaxınlaşırdı. İmtahan sualları ilə bağlı müəlliməmdən kömək almaq üçün həmişəki qayda ilə yenə onlara getdim. Qapı açıq idi. Amma buna baxmayaraq, qapını yavaşca tıqqıldatdım və çağırdım. "Gəl keç otur, indi gəlirəm” deyə o biri otaqdan səsləndi. Yanında kiminləsə söhbət edirdi. Keçib yerimdə oturdum və bu sözləri eşitdim.

-   Neçə dəfə istəmişəm sənə təsəlli verim, deyim ki, qəmgin olma, sən hələ cavansan, əlini həyatdan üzmə. İnsanlara, ətrafına biganə olma, həyatda bir səhv etmisən, çalış bu sənə dərs olsun. Çalış səhvini düzəlt. Atalar demiş: özü yıxılan ağlamaz. Sən də ağlama. Ağlamaq acizlikdir. Ürəyindən qara qanlar axır, bilirəm. Ailəni dağıtmaq, isti ocağına öz əlinlə soyuq su səpmək, həyata gətirdiyin  südəmər uşağı atmaq, çəkiləsi dərd deyil. Doğrudur, bunları başa düşmüsən, amma gec, çox gec. Sən həyatını itirmisən, xoşbəxtliyini itirmisən, Anarı itirmisən, üstəlik, həyat bəxş etdiyin balaca Vüqarı itirmisən. O illərdən çox vaxt keçib.Vüqar böyüyüb məktəbə gedir. Son vaxtlar sən çox kədərli, qəmgin görünürsən. Demək istəyirəm ki, qocalmamısan. Bu sənə bir dərs olsun. Axı sən müəlliməsən. Çalış, şagirdlərini başa sal, bu səhvi onlar da etməsinlər. Başa sal onları ki, əli  qabarlı, üzü qırış zəhmət adamlarına rişxəndlə baxmasınlar.

Nəhayət qonağını yola salıb gəldi.

-   Hə qızım, təki həyatda dərdiniz yalnız imtahan dərdi olsun. Həyatda elə dərdlər var ki, çəkiləsi deyil. Mənə həmişə qaranlıq qalan mövzuya toxundu.

-   Deyirlər, hər dərdin bir əlacı var. Elə böyük dərdiniz var ki, əlacı yoxdur? Çəkinmədən, əminlik hissi ilə ilk sualımı verdim.

-   Səndə mənim qızım, balam, deyə söhbətə öz həyatı haqqında danışmaqla davam etdi.

-   Uşaqlıqdan bir yerdə böyüdük, bir məktəbi bitirdik. Sevincimiz də bir idi, kədərimiz də.Yaşımız artdıqca oyunlarımız da yavaş-yavaş hiss olunmadan dəyişdi və bir də baxıb gördük ki, ürəyimizdə qəribə hislər var, bir-birimizə qarşı- sevmək idimi, sevilmək idimi, deyə bilmərəm. Beləcə, bir gün məktəblə vidalaşdıq. Məktəbi bitirdik, hərə bir səmtə uz tutsa da, gözümüzdə bir gülərüz, ürəyimizdə bir kəlmə şirin söz. Buraxılış gecəsində təşkil etdiyimiz şənlik yadıma düşür. Ağır bədənli riyaziyyat müəlliməmizin oynadıqca döşəmənin yatıb-qalxan cırıltısı hələ də yadımdadır. Həmin gün müəllimlərdən tutmuş müdirə qədər hamı Anardan danışırdı. Onun  savadlı, ağıllı, həyata baxışı haqqında hamı dönə-dönə danışırdı. Anam da şənlikdə iştirak edirdi. Deyilənlər ona başqa cür təsir etmişdi. Gözünü Anarın üzündən çəkə bilmirdi.

-   Bunları danışanda onun üzündə, gözlərində bir anlıq da olsun, xoşbəxtlik hiss etdim.

-   Sonrası isə sənə məlum olduğu kimi mən müəllimə oldum, Anar həkim. Hər ikimiz rayona gəldik. Evləndik, hamı sevinirdi. Təkcə Rahilə  xala  - Anarın anası narahat idi. Niyə görə? Ana ürəyi həssas olur. Hər şeyi əvvəlcədən hiss edir.

Evləndiyimizin ikinci ili oldu. Onda Vuqar dünyaya gəldi. Anar özünü dünyanın ən xoşbəxti hesab edirdi. Bax onda mənim xasiyyətində qəribə bir dönüklük oldu -  nəvəni nənəyə yaxın buraxmaq istəmədim. Əllərin çirklidi, uşağa toxunma, savadsızsan, sən uşaqla davrana bilmirsən, əllərin qabarlıdı, uşağı incidir.

Hətta öz-özümə deyinirəm indi - Ay Solmaz, axı  o qabarlı əllərlə Rahilə xala Anarı böyütmüş, oxudub ali təhsil alması üçün əziyyət çəkmişdir. O qabarlı əllərlə yaşadığımız mənzil tikilmişdir. Niyə bunları anlamadın? Nənə nə qədər iztirab çəkirdi onda...Aramızda yaranmış bu anlaşılmazlığı Anar bilməsin deyə, o nələr çəkmirdi. Gündə neçə cildə girirdi. Təki Anar heç nədən xəbər tutmasın. Fikri dağınıq olan adamın işi öz-özünə əyilər deyə, Rahilə xala düşünürdü. Birdən balamın əlindən xata çıxar. Qoy heçnə bilməsin.

Məsələni mən kəskin qoydum.Vüqara dedim ki, ya mən, ya anan.

Çoxdan hiss eləmişdi Anar aramızda olan soyuqluğu və bu soyuqluq üçün daxilində çox vuruşurdu. Düşünürdü ki, səhvimi başa düşərəm. Anar fikrə getmişdi. Haradan  və necə başlayacağını bilmirdi. Nəhayət, Anar  dilləndi. Səbəb nədir, niyə belə edirsən? Bəlkə anam məni, Vüqarı çox sevdiyi üçün belə edirsən? Gecələr uşaq ağlayanda özünü səndən əvvəl onun çarpayısına çatdırdığı üçün! Bəlkə, sən anamın səhərdən axşama kimi  bu evin biş-düşü, təmizliyi, bazarlığı ilə bağlı dinclik tapmadan çalışdığını görmürsən? Axı, anamın mənim Anar həkim olmağım üçün nələr çəkdiyini bilirsən. Vüqar üçün, ailəmizin sakitliyi üçün nə istəyirsən de, edim, ancaq anasız həyatda özümü gücsüz hesab edirəm, anasız həyatda yoxam. Anamı atmaram, bu mümkün deyil.

Səhəri gün evi tərk etdim. Amma Vüqarsız.

-   Bəs Vüqarı əlini çirkli, qabarlı , savadsız nənəyə qoyub niyə getdiniz? Axı körpə hələ ana südü ilə yaşayırdı!

-   Nənə bütün bu günlər ərzində nə qədər narahat oldu? Neçə dəfə Vüqar qucağında qapımıza gəldi. "Qayıt evinə” dedi, "Heç olmasa, uşağı götür”  dedi.

Anamla onu qapıdan qaytardıq. Anar nə vaxt peşman olar, dediyimizlə razılaşar, onda gələrəm. Əli qabarlı, sifəti qırış bir qarıdan ötrü özünü rayonda biabır etməz. Amma düşünmədim ki, ananı sevən Anarı buna görə, heç kəs qınamaz.

-   İçimdə həmişə ona hörmət etdiyim, sevdiyim müəlliməmə nifrət hissi oyandı və bunu suallarımla birüzə verdim.

-   Ana uşağından necə  imtina etdi?  Cavabsız qalan sualımla yenə  müraciət etdim.

-   Sevmişdik  bir-birimizi, ailə qurmuşduq. Bizə adi görünən ailə həyatımıza kənardan qibtə ilə baxanlar çox idi. O vaxt dost-tanış, yaxın adamlar da mənə  məsləhət gördülər :

-   Qayıt, heç nədən ailəni dağıtma. Nə dedim onlara? Məhəbbətimi axtarıram, gələcək mütləq!

-   Sevib ailə qurmamışdınız ki?! Sevgi ilə qurulmuş ailədə başqa məhəbbət axtarmaq? Ona görə südəmər oğlunuzdan imtina etdiniz? Axtardığınız  məhəbbətiniz  gəldi?

O bu suala əvvəl göz yaşları ilə cavab verdi. Sonra susdu. Bir qədər fikrə gedib dərindən bir ah çəkib davam etdi.

-   Amma başa düşmədim ki, məhəbbətim elə Anar idi, gəlmişdi, anamın məsləhəti ilə qovdum onu. Tez tapmışdım xoşbəxtliyimi, ancaq ayaqladım onu.

-   Yaxşı Vüqarı niyə atdınız? Qorxdunuz  ki, Vüqar böyüyər, ona gəlin gətirərsiniz, sonra da sizi qovmaq istəyərlər?!

-   Dikbaş, özündən razı, arxayın insan pis şeylər haqqında fikirləşmir, heç ağlının ucundan belə keçirmir. Onların yalnız bir məqsədi var - hər şey onların xeyrinə olmalıdır. Bax məndə elə fikirləşirdim. Hər şey mən istədiyim kimi olacaq. Amma təəssüf, çox təəssüf.... Mən bu oyunda uduzdum. Anamın təkidi ilə şəhəri tərk etdim.

-   Daha doğrusu qaçdınız.

-   Bilmirəm. Utanırdım hamıdan, hər şeydən. Bezmişdim camaatın suallarına cavab verməkdən. Bəlkə qalsaydım daha yaxşı olardi, bəlkə də daha çətin olardı. Düzdür, burdada çətin idi. Amma neynəyə bilərdim, səhv özümün səhvi, günah özümün günahım idi. Kimə şikayətlənə bilərdim, axı necə deyə bilərdim öz xoşbəxt ailəmi mənasız səbəblərə görə, özüm məhv etmişəm. Siz gənclərə baxanda həm kövrəlirəm, həmdə narahat oluram. Kövrəlirəm ona görə ki, kaş zamanı geri qaytara bilərdim və belə böyük səhvləri etməzdim. Məzunlarımla vidalaşanda onlara görə, çox narahat oluram ki, birdən mənim kimi səhv edərlər. Dəfələrlə onlara tapşırıram ki, artıq siz müstəqil və çətin həyata başlayırsınız, hər biriniz ailə quracaqsınız. Ailəyə ciddi yanaşın, hər ailədə söz-söhbətlər olur, amma hər mənasız səbəblərə görə, səhv etməyin. Ailənizi qorumağı bacarın. İnsana qalan əsas ailədir. Səhvləri gec başa düşürsən, amma nə fayda. Hər birinizə uğurlu ailə arzulayıram.

 

Bu yazı Media Hüquqları Mərkəzi İB-nin Women-Forum.net saytı ilə birgə həyata keçirdiyi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq Inkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində dəstəklənən "Gender bərabərliyi naminə qadın forumu” üzrə İctmai Vəkillik Kampaniyası”” layihəsi çərçivəsində işıqlandırılır.

Категория: Репортаж | Просмотров: 195 | Добавил: Aida | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Copyright Pirallahi WEB.Co © 2024
Форма входа
Календарь
«  Март 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Архив записей
Наш опрос
Как работают мобильные телефоны на Артеме?
Всего ответов: 122
Обсуждения
Что привело Вас на форум?
09.09.2011/20:43 - Alidan
всего ответов:43
Кто лучший советчик девушки?
02.07.2011/01:09 - Nazilea
всего ответов:5
В каких уголках мира хотели бы побывать?
30.06.2011/23:38 - Xsoul
всего ответов:2
Владельцем какого авто вы бы хотели быть ?
12.06.2011/19:50 - Nazilea
всего ответов:23
Ошибки, которые мы совершаем по уходу за волосами
12.06.2011/19:41 - Nazilea
всего ответов:1
Любимые духи, новые ароматы
12.06.2011/19:39 - Nazilea
всего ответов:11
Какую музыку слушаете в данный момент?
11.06.2011/22:21 - Nazilea
всего ответов:26
Косметику какой фирмы предпочитаете?
11.06.2011/21:56 - Nazilea
всего ответов:5
Само совершенство - это о тебе!
08.06.2011/19:47 - Nazilea
всего ответов:1
Что нам нравится и НЕ нравится в мужчинах
08.06.2011/19:39 - Nazilea
всего ответов:4
Аборт
08.06.2011/19:36 - Nazilea
всего ответов:3
моя школа 235
03.06.2011/18:37 - YUGA
всего ответов:2
Николай Басков поет на Азербайджанском
02.06.2011/21:50 - YUGA
всего ответов:1
Любимым
02.06.2011/20:34 - YUGA
всего ответов:0
Програмное обеспечение спутникового тюнера
12.03.2011/15:29 - informer
всего ответов:0
Давайте познакомимся :: Gəlin taniş olaq
26.02.2011/00:02 - iadil
всего ответов:17
Моя школа № 243
08.02.2011/14:54 - Ragimxanov
всего ответов:11
Образование
19.01.2011/08:34 - Xsoul
всего ответов:2
Aнекдоты "В десятку" - лучшиe анекдотов за неделю.
10.11.2010/08:24 - Alidan
всего ответов:0
5 причин почему вам нравится этот форум?
05.11.2010/20:06 - Alidan
всего ответов:4
Вся правда о Skype
27.10.2010/08:13 - KraftZ
всего ответов:0
Работа и бизнес "ПОД КЛЮЧ" через Skype.
26.10.2010/12:16 - Позитивчик
всего ответов:1
STOP: 0x000000A5 (0X00000011, 0X00000008, 0XF79430C0, 0X0100
21.10.2010/18:10 - Alidan
всего ответов:3
Шпаргалки по физике
19.10.2010/10:19 - Alidan
всего ответов:15
Анкета
16.10.2010/17:18 - Ruslan
всего ответов:8
Друзья сайта
  • Музыкальный архив
  • Azeri Новости
  • Файловый архив
  • Чат Островок
  • Baku.Ru
  • найдется все...
  • * Реестр посетителей по странам
    pirallahi.org in Rambler's Top100